Səy Qasımın "TARİX" ŞURASI
Tarix: 4-02-2021, 08:14
Baxılıb: 5 810
Google+ Paylaş
Tumblr Paylaş

Səy Qasımın "TARİX" ŞURASI

4-02-2021, 08:14

Ədib İSAOĞLU 
A kişi, vallah bu tarif şurası camaatı bir-birinə qırdıracaq. Bu gün Səy Qasımgilin məhəlləsindən keçirdim, baxdım Səy Qasım qapılarının ağzında, Sovetdən qalma "qəməltisini" köhnə xart daşında itiləyir.   -Salam ay Qasım  bu pıçağı itiləməkdə xeyir ola, yoxsa qonağın gələcək, toyuq kəsəcəksən?
   Ə, nə toyux ə sənnən Qara Zahiri kəsəcəm.
(Zahir bizim bölgdə su pulu yığır, həmdə yaxın dostumdur). Desəm qorxmadım, bilin ki, ağ yalandı. Pandemiya distansiyasından 3 metrdə artıq kənara çəkildim.
-Ay Qasım, Zahiri (Dostum olsada məcbur idim Zahiri baqaja qoyum) öldürsən faydalı iş görmüş olarsan. Onsuzda bu camaatı xirtdəyə yığıb, bə məni niyə ödürürsən?
   -Səni ona görə öldürəcəm ki, yadındadır yazmışdın bu qaldıranların (tarif şurasını nəzərdə tutur) sayını artırın ha, bax ona görə. Sən onlara işləyirsən yadlarına salmasaydın, suyun qiymətini qaldırmıyacaqdırlar. Qara Zahiridə  ona görə öldürəcəm ki, yüz faiz bilirəm gedib müdirinin qulağını doldurub ki, suyun qiymətini qaldırın çox ucuzdur.
Baxdım mənimdə, Zahirində  işi yaşdır, başladım Qasımı dilə tutmağa.
-Ay Qasım, hələ al bu siqareti yandır hövsələn keyisin.  Ay Qasım Tənənəm ocağına and olsun, Əshabukəfə and olsun ki, bu məsələdə nə Zahirin nədə mənim zərrə qədər günahımız yoxdur. Qəymətləri qaldıran Tarif Şurasıdır biz nə karəyik qiymət artımına burnumuzu soxaq.
-Tarix şurası nədir ə, onlar kimdi?
-Tarix yoxey Tarif Şurası Qasım, onlar bir neçə vəzifəlilərdən ibarətdir.
-Ə ta denə onların nə vecinə, bahalaşmanın onlara nə dəxli, dayan görüm ey bə bunlar o bahalı evlərindəki hovuzu nətəri dolduracaqlar?
-Qasım orasını ta məndə bilmirəm. Bir onu bilirəm ki, dünən dörd manata bir qaloş almışdım, qonşum soruşdu bunu neçiyə alıbsan ay qonşu. Dedim əşi su qiymətinə, ucuza almışam. Qasim, qonşum sağ əlini qaldırdı başından yuxarı qayıtdı ki, pahoo ta denə od qiymətinə almısan da.
Xeylək fikirə gedən Qasım, yenə əlini atdı pıçağınan xart daşına, xart-xurt, xart-xurt.
-Ta sizinən işim yoxdur. Mənim işim Tarix şurasıynandır deyib pıçağı soxdu əsgər tokkasnın altına.
Hörmətli Tarif Şurası düzdür sizi mən satdım Səy Qasıma, ancaq canınızın qurtarmağın yollarını özünüz axtarın.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ