Allah da yalanı bagışlamır
Tarix: 25-06-2019, 13:42
Baxılıb: 849
Google+ Paylaş
Tumblr Paylaş

Allah da yalanı bagışlamır

25-06-2019, 13:42

Real tv də xəbərlərə qulaq asıram, yazılib ki 2 mln insanın həyatı dəyişəcək. 
Açmasını tərsinə yozmayın, allah xalqımızı qorusun. 
Eşitdik ki sentyabr ayında  minimum əməkhaqqı və maaşlar artırılacaqdır. Hər günün bir hökmü var. İki ay da dözərik. Əlbətdə ki mən də maaşların artirılmasına çox sevinirəm . Amma  öz fikirlərimi də bildirməyi vacib sayıram ki bəlkə məmur təbəqələri insanları incitməyə, ərizələrə başdansovdu baxmaya, ədalət bərqərar ola və sair . 
Sərəncamın qüvvəyə minməsinə hələ iki aydan çox vaxt qalıb. 
Kim zəmanət  verə bilər ki, bu iki ayda benzin, qaz, su,  bir sözlə kommunal xərcləri, yeyinti və ərzaq məhsullarının qiyməti  artmayacaqdır?
Siyasətçilər, deputatlar bir - birini təkrarlayaraq inqilabı dəyişiklik deyə televiziya ekranlarından düşmürlər .İnqilabı dəyişiklik o vaxt olardı ki, Prezident 10 min dollar və manatla banklardan kredit götürmüş insanların kredit borcunu tamam siləydi . 
Eləcədə 50 min manat kredit götürmüş vətəndaşı banka  elə bir vəziyyətə salıb ki, 50 min manatdan çox faiz ödəsə də hələ də sələm yıgan bankların caynağından qurtara bilmir . Yaxın bir dostum  iki yüz min manat , digər tanışım isə yuz min dollar kredit götürüb, hər iki dostumuz götürdüyü kreditin iki misli qədər banka ödəsə də yenə də sələmçı bankların borcu azalmır ki, azalmır . Bank işçiləri də bu fürsətdən istifadə edib vətəndaşın banka girov qoydugu  milyon manat dəyərində olan mülkünə  ucuz qiymət qoyaraq onları ev eşiyindən çölə atırsa, onda hansı inqilabi dəyişikliklərdən söhbət açmaq olar? 
Statistika komitəsi dəqiq hesablasa, bilinər ki, ölkədə nə qədər işsiz vətəndaş var. 
Xəstəliyə görə, yəni  əlilliyə görə müavinət alan vətəndaşlara da maaş artımı ilə əlaqədar  bu Sərəncam şamil edilsə, daha münasib olar . Məni və çoxlarını bu məsələ daha çox maraqlandırır.
Çox təəssüflər olsun ki, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyində niyə bir ayagını itirmiş və yə gözdən əlil olmuş vətəndaşlara pulsuz avtomobil verilir, amma müharibədə baş - beyin trafması alan Qarabag müharibəsi əlilinə pulsuz avtomibil verilmir. Gözsüz adam avtomobil sürə bilər, amma baş kəllə travması alan vətəndaş avtomobil sürə bilməz?  Gözdən əlil insanın övladı və ya həyat yoldaşı, qohumu həmin avtomobili idarə etdiyi halda, baş- beyin travması almış vətəndaşına dövlət niyə avtomobil vermir? Qanunda nə qədər boşluqlar var, bu incə  məsələni  deputatlar niyə gündəmə gətirmirlər? Sərf etmir, yoxsa bu haqda düşünmürlər ? 
Xəstəliyə görə müavinət və ya pensiya alanlara da pulsuz avtomobil  verilməsi gündəmə gətirilməlidir.  Əlil əlildir, Hər bir əlilə hormət etməliyik, mərhəmətli olmalıyıq .
Deputatlar Prezidentin Sərəncamlarını  ona görə çox dəstəkləyirlər ki, Öz maaşlarını minimum əmək haqqının 50 misli qədər qaldirılmasına nail olub obyektlərə , villalara  elə bilməyin ki bu maaşla sahib olublar . Deputatların çoxu sərbəst fikir soyləyə bilmirlər, çoxusu karyerasından qorxur . 
Nazirlərin əksəriyyətinin  dəbdəbəli  şadlıq sarayları, varidatları , bahalı avtomobillərdən ibarət kolleksiyaları məgər halal pulla əldə olunubmu? 
Hüquq mühafizə sahəsində ,Məhkəmə sistemində köklü islahatlar aparılmasının vaxtı deyilmi? 
Axi bu güç strukturlarında çalişanların hər birinin işverənləri insanları dolaşdirmaqla həbslərdə çürüdur və belə çirkin üsullarla milyonlara sahib olurlar.
İnsanları narazı salmaq olmaz. 
Düz sözə qiymət verilməlidir. Məhkəmə ,hüquq sahəsində ciddi islahatlar aparmagın vaxtıdır.Yalan məlumatlar şou xarakterli çıxışlar ictimaiyyət arasında gülüncə səbəb olur . Yalan danışıb üzə duranların talehi də qaranlıq olur. 
Çunki  Allah da yalanı  bagışlamır .
Rauf İlyasoglu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ