Yenə qalxdı-YENƏ DƏ GECƏ
Tarix: 5-01-2021, 21:07
Baxılıb: 6 008
Google+ Paylaş
Tumblr Paylaş

Yenə qalxdı-YENƏ DƏ GECƏ

5-01-2021, 21:07

Ədib İSAOĞLU

   Yanacağı deyirəm ağlınıza başqa şey gəlməsin. 
Nə olsun qalxdı-qalxdı da, Almaniyada satılan yanacağın qiymətindən ucuzdur ki, mənim sözüm deyil ha, xəbəriniz olsun. Bu fikirlərin sahibi, fədakar və cəfakeş deputatımız,  Nurlan Həsənovdur. A kişi düz deyir da Almanıyada yanacağın qiyməti bilirsiniz nə qədərdi? (Vallah mən bilmirəm, heç deputatımızda açıqlamayıb). 
Nə, maaş? Almanıyadakı maaş haqqında deputatımız məlumat verməyib, demək maaş da elə bizdəki qədərdir ki, açıqlama verməyi lüzum bilməyib da o boydana kişi. Elə yapışıbsınız ki oranın maaşı, pensiyası ilə buranınkı eynidi? Birdəki, ay riyaziyyatdan zəif olanlar sizin üçün daha yaxşı oldu da benzinin 1 manat olması. 7 manat verirdiniz hesablaya bilmirdiniz neçə litir benzin edir amma indi rahatca hesab gedəcəksiniz. Və yaxudda sosial pensiya alan deyəcək ki, sağolsun höküməti mənə ayda 110 litir benzin verir. 
Qardaş burda pis nə var. Hə gələk tarif şurasına, görəsən bu tarif şurasının iş saatı neçədən- neçəyədi? Bunlar deyəsən 18:00 dan sonra işləyirlər. 
Tarif şurası dedim İsa babadan bir söhbət yadıma düşdü. 
Deyir Şah bir gün əyaləti gəzməyə çıxmışdı, şəhərlə tarlaların arasında körpü var idi, əhalidə körpünü keçib gedib tarlada işləyrdi. Şah gəlib körpüdən keçəndə görür insanlar çox həvəsinən körpünü keçib işə gedirlər, deyir ay camahat necədir vəziyyətiniz, hamı bir ağızdan deyir:
-Şah sağolsun, əladır səhər gedib tarlada işləyib, axşamda şad xürrəm evə qayıdırıq.
Şah deyir:
-Vəzir, bu körpüyə vergi yığan qoy, bunlar işə gedəndə vergi versinlər.
Bir müddətdən sonra Şah yenə çıxır səfərə, baxır insanlar yenə həvəsinən işə gedirlər, Şah yenə soruşur:
 -Necədir vəziyyətiniz?
Hamı bir ağızdan qışqırır Şah sağolsun sayənizdə çox gözəl yaşayırıq. Şah vəzirə deyir:
-Vəzir, körpünün o biri başınada vergi yığan qoy işdən qayıdanlardanda pul alsın.
Əmr həmən icra olunur. Bir neçə aydan sonra Şahın yolu düşür həmin körpüyə, Şah baxır əhali yenə öz kefindədir səssiz-səmirsiz tarlaya gedəndə pul ödəyir, qayıdanda. Şah vəzirə baxıb əhalini göstərir:
-Vəzir görürsən necə ağıllı və sözə baxan millətimiz var? Vəzir bura bir nəfər qoy körpüdən keçənlərin hərəsinə bir qamçı vursun.
Qanun elə o andan minir qüvvəyə. Bir neçə gündən sonra Şah gəlir həmən məşhur körpüyə, və əhalidən soruşur:
-Hə indi necədir vəziyyətiniz?
-Qamçının zərbəsindən başı partlamış və qanı axan kişi, qanını silə-silə:
-Başına dönüm Şah, hər şey yerindədi, ancaq bu qamçı vuran az olduğundan növbə gözləyirik. Bir xahişimiz odur ki, qamçı vuranların sayını çoxaldasız, işə gecikməyək.
 Hə deyirəm, bu tarif şurasının iş saatını dəyişələr, belə şad xəbərləri gecə yox gündüz verələr. Birdə bunların sayını artıralar ki, nə qədər qalxası şeylər var axı bunlar çatdıra bilmirlər. 
Nə bilim yenə pənah allaha.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ