Ramiz Mehdiyevin sonuncu məktubuna cavab-BİRİNCİ YAZI YUNUS  OĞUZ YAZIR
Tarix: 31-08-2020, 08:14
Baxılıb: 2 878
Google+ Paylaş
Tumblr Paylaş

Ramiz Mehdiyevin sonuncu məktubuna cavab-BİRİNCİ YAZI YUNUS OĞUZ YAZIR

31-08-2020, 08:14

"Hörmətli akademik Ramiz Mehdiyev" ,  sizə bu cavabı   "Keçmişdən gələcəyə nə daşıyırıq"  kitabımın "Tarix milli kimliyimizin meyarıdır" bölməsini yazanda hazırlamalı oldum. Telefonuma  saytların birindən bildiriş  gəldi. Açdım baxdım və sizin "Ermənistanın hibrid müharibəsi və dövlətimizin maraqları hər şeydən üstündür" başlıqlı məqalənizlə tanış oldum.
Öncədən deyim ki,  bu məqaləniz məni çox ciddi tarixi-fəlsəfi fikirlərimdən uzaqlaşdırdı. Təəssüflər... Çünki   yazdığınız bu məqalə  siyasi fəlsəfəyə  aiddirsə (əgər siz bunu belə qəbul edirsinizsə)yanılırsız...bu  sxolastikadan başqa bir şey deyildir. Çünki bundan önçə yazdığınız  bölümlərdə  daha sərt idiniz və indi sxolastikanın imkan verdiyi məntiqlə özünüzü "süddən çıxmış ağ qaşığa" bənzətmək istəyirsiniz. Yazınızdan belə çıxır ki, sizin bu dövlətdə baş verən hadisələrə heç bir dəxliniz yoxdur və  bir ziyalı kimi öz fikirlərinizi bildirirsiniz.
Qabaqcadan deyim ki, mən sizinlə ömrümdə cəmi iki dəfə görüşmüşəm, baxmayaraq mən də Fəlsəfə -Hüquq İnstitutunda beş il işləmişəm. Adınız orada olsa da heç zaman sizi görmədim. Bu əsas deyil.
Birinci dəfə sizinlə görüşüm dəyərli alimimiz, Arxeologiya İnstitutunun direktoru rəhmətlik Arif Abbasovun təşəbbüsü ilə oldu. O zaman yeni bir partiya elan etmişdiniz. Yeni Azərbaycan Partiyasının rəhmətlik H.Əliyev tərəfindən elan edilməsinə baxmayaraq  deyirdiniz  ki,  "Qoçadan nə isə gözləmək axmaqlıq olardı".
Böyük Britaniyaya birlikdə   səfərimizdən sonra 1992-ci ilin dekabr ayında Arif müəllim mənə zəng etdi ki, "akademiyaya gələ bilərsən? Sabah saat ikidə səni gözləyirəm"  Heç bir şey fikirləşmədən, dostumum mənimlə söhbət edəcəyini düşünüb sabahısı gün saat ikidə Arif müəllimin altıncı mərtəbədəki  qərb tərəfdə kabinetinə daxil oldum. İçəridə mənim tanımadığım bir kişi də oturmuşdu. Qabaqcadan deyim ki, mən Rusiyada təhsil aldığım üçün demək olar ki, Azərbaycanda heç kimi tanımırdım. Bəlkə də bu mənim üstünlüyüm idi. Arif müəllim bizi tanış etdi. Tanış ol, Ramiz Mehdiyev. O zamanlar özümdən o qədər razı idim ki, dünya vecimə deyildi, çünki mənim üçün dövlətə xidmət etmə prinsipləri vardı. Kim bu prinsiplərdən kənarda idisə mənim üçün yox dərəcəsində idi.
Nə isə, Arif müəllim  tərif dolu müqəddimədən sonra dedi ki, bəs Ramiz müəllim yeni partiya yaradıb və istəyir ki, iqtidar partiyası tərəfindən olsun. Uzun-uzadı söhbətdən sonra  məndən xahiş etdiniz ki,  prezident Elçibəyə çatdırım ki,  onun tərəfindəsiniz  və imkan varsa  sizi  qəbul etsin...
Razılıq  verdim və  dediklərinizi  Elçibəyə çatdırdım. Elcibəy qətiyyətlə dedi: "O Heydər Əliyevin...
ARDI  VAR
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ