"Bu gün çörək pulsuzdur"
Tarix: 31-08-2020, 08:32
Baxılıb: 3 717
Google+ Paylaş
Tumblr Paylaş

"Bu gün çörək pulsuzdur"

31-08-2020, 08:32

Bilman İSAQ
Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında, insanların yaddaşında kamil insan olaraq qala bilər.Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Nizami Gəncəvi yazırdı:
"Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana" 

 Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: - Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun- deyib əleyhüssəlam. - Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın. Amma düşünürük ki, xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, heç bir qarşılıqlıq gözləmədən insani keyfiyyətləri qorumaq naminə etməlidir.Bu, hər bəndəyə qismət olmayan ilahi bir qabiliyyətdir. İmkanlı kəslər var ki, Tanrı onu xeyirxah olmaq səadətindən məhrum edib. Çörəyi yeyilmir, suyu boğazdan keçmir, əməlinin urvatı, parasının bərəkəti bilinmir.
Maştağa qəsəbəsində yerləşən "Möcüzəli Soba" adlanan təndir sobaları var təsadüfən ordan keçdiyim zaman bir elan məni maraqlandırdı "Bu gün çörək pulsuzdur". Bu elan 30.08.2020-ci il Aşura gününə təsadüf edirdi ki, həmin vaxtı bütün mağazalar bağlı idi heç yerdə çörək satışı yox idi, amma bu xeyirxah işin sahibləri Ağaverdi və Dadaş cütlüyü bu xeyirxah işə qol qoyaraq insanları pulsuz çörəklə təmin edirdi.
 Əlbətdə bu xeyirxah əməl hamının ürəyindən idi. Sonradan öyrəndim ki, bu xeyirxah cütlük insanların dar günündə onların yardımçısı olublar və bu yardım axşama qədər davam edəcək.
 Maraqlıdır, bəlkə də təəssüfdoğurandır ki, bizdə imkanlı adamlar daha çox şou əhlinə "əl tutmağı" xoşlayırlar. Bəli, ciddi sənətkarlara da deyil, məhz şou əhlinə. Özü də qadınlara... bir də ekranın rənginə uyğunlaşmış kişilərə. Səhnəyə təzəcə ayaq basmış "ətcəbala"lara "atalıq" qayğısı göstərən imkanlılar var ki, sonradan onların "professional" inkişaflarının da qayğısına qalırlar. Bahalı avtomobillər, zinət əşyaları, villalar... Amma bir soruşan gərək, öz əhlikef "damazlıqlarından" savayı hansısa savadlı bir gəncin də xaricdə təhsil almasına kömək ediblərmi? Əsla! Bir yetimə əl uzadıb, bir çarəsizə həyan durublarmı?  Bir alimin ideyalarının gerçəkləşməsinə, bir yazıçının kitabının nəşrinə dəstək veriblərmi? Qətiyyən!  Bu yazıdan "Möcüzəli Soba" sahiblərinin xəbəri yoxdur, yazı dərc edildikdən sonra xəbər tutacaqlar. Bilmirəm düz və ya səhv etdım məni bağışlasınlar. Bu yazını reklam kimi yox bir nümunə ölçüsü olaraq yazdım.
Gəlin yaxşı əməllərdən ibrət götürək və xeyirxah olaq!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ