Şəhidlərimizin qirxı çıxmadan TOY EDƏHLƏR... Cavid İsmayıl yazır
Tarix: 22-08-2020, 08:22
Baxılıb: 2 589
Google+ Paylaş
Tumblr Paylaş

Şəhidlərimizin qirxı çıxmadan TOY EDƏHLƏR... Cavid İsmayıl yazır

22-08-2020, 08:22

Əfəndilər, mövcud pandemiya şəraitində toyların keçirilməsinin qadağan olunması hər birimizə bəllidir.
Eyni zamanda artıq aylardı toyların keçirilməməsi gələcək dönəmdə demoqrafik artıma mənfi cəhətdən ciddi təsir edəcəyi də bizləri düşündürür. Elə bu baxımdan cəmiyyətin bütün təbəqələrində bu məsələ ilə bağlı müəyyən qaydaların hazırlanması da zaman-zaman gündəmə gəlməkdədir.
Elə bir neçə gün öncə yenə də rəsmi olaraq kütləvi tədbirlərin, o cümlədən toyların keçirilməsi epidemiolji cəhətdən riskli olduğu üçün yenə də toylara icazə verilmədi.
Bəs belə olan vəziyyətdə bir neçə gündür yüksək ranqlı məmurların mövcud şəraitdə toy etmələri barədə yayılan video-foto materiallar, sosial şəbəkə və mediada işıqlandırılan faktlar nə deməkdir?
Bu addımı atanlar bütün bir xalqın qarşısında Azərbaycan qanunvericiliyinə, Azərbaycan xalqı və onun rəhbərinə açıq-aşkar meydan oxumur, bəs nə edir?
Rayonda dədəsi ölənə “Quran” oxutduranı evindən məclisi saxlayıb mollanın da məsuliyyətə cəlb edildiyini gördük və qanun pozuntusunu qınadıq. Çünki qanun qanundur və insanlarımızın elə özünün sağlığı baxımından buna riayət etmək vacibdir.
Rayonda toy etməyə cəhd edən insanların toyunun qarşısının alınmasını da gördük və doğru hesab etdik. Bəs belə olan təqdirdə bu biabırçılıq nədir? Nəyə görə onlara olmaz, amma bunlara olar?
Mərhum atasına məlum səbəblərdən məclis edib “Quran” oxutdura bilməyən oğul, təsəllini qanunda tapdığı, qanunun aliliyinə sığındığı bir dönəmdə, cəmiyyətdə müqəddəs professor adını çaxır alverçisinə dəyişən birinin həmin toyların birində dediyi tostu eşitdikdə görəsən nə düşündü?
Mənim mirzə dostum da gözünün ağı-qarası bircə balasına qanunun aliliyinə sığınaraq, vicdanlı və dövlətçi insanlar kimi edəcəyi toyun tarixini sürüşdürə-sürüşdürə dəyişir. Bəli, belələrində dəyişməyən Vətən və Dövlətçilik sevdası var ki, övlad sevdası o baxışda ikincidir.
Bunu di gəl xalqın hesabına yamaqlı şalvarlarını brend mallara çevirənlərə başa sal.
Ay-hay, başa sala bilərsənsə.
Əfəndilər, zənnimcə əli qabarlı, sadə, zəhmətkeş xalqın gözü indi dövlət babadadır! Dövlət tərəfindən atılacaq hüquqi addımları gözləyirlər! Elə mən də dövlətçiliyimizə meydan oxuyan “BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLİFƏ” deyərək dövləti saymayanlara, xalqı heçə sayanlara qarşı dövlətin atacağı hüquqi addımları gözləyirəm.
Bu sadaladığım məsələyə ən çox hüquqi baxımdan yanaşma idi. İndi gəlin məsələyə bir də mənəviyyat, əxlaq tərəfindən baxaq. Lap əvvəllərdə xalqımızn əxlaqında bir şadlıq edəcək insanın toyu nəzərdə tutulduğu halda qonşudan, məhlədən, qohum-əqrabadan və ya kənddən biri rəhmətə gedəndə belə o toyun mümkün qədər vaxtını dəyişərdilər. Yaxud da məcburiyyət içində əvvəldən hazırlıqlar görüldüyü halda sıxıla-sıxıla mərhumun sahibindən icazə alaraq, rəhmətə gedənə dualar oxuyaraq yenə də müəyyən çərçivədə toy edərdilər. Elə indi də bu tərbiyə, bu əxlaq xalqımızın məişətində qalmaqdadır.
Sizə isə sözüm budur, Tovuz hadisələrində Vətən nər oğullarını şəhid verib, qırxları belə çıxmayıb, bəs siz belə olan təqdirdə o şəhidlərimizi niyə özünüzünki, doğma sayıb sayqıda bulunmadınız?
Mənəviyyat tərəfindən isə, sizə “xeyir-duanı” xalq elə dediyim sosial şəbəkələrdən verir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ