İlk dəfə: Nə “Dünya Daşqını” olmuşdu, nə də Noyun / Nuhun “Xilaskar gəmisi” – Cavid İSMAYIL yazır
Tarix: 4-06-2020, 19:12
Baxılıb: 3 729
Google+ Paylaş
Tumblr Paylaş

İlk dəfə: Nə “Dünya Daşqını” olmuşdu, nə də Noyun / Nuhun “Xilaskar gəmisi” – Cavid İSMAYIL yazır

4-06-2020, 19:12

Təqribən 2018-ci ilin yanvar ayında Türkiyədə yayımlanan “TRT” kanalında bir “alim”in Nuhla bağlı cəfəng fikirlərini izləməli oldum.
Elə həmin fikirlərdən sonra “Nuhun mobil telefonu və ya müasir dövrümüzdə nələr baş verir?” adlı yazım mediada yayımlandı. Əvvəlcə  həmin yazını olduğu kimin təqdim edirəm;
Nuhun mobil telefonu və ya müasir dövrümüzdə nələr baş verir və yaxud kişinin muştuluğunu verinNuhun cib telefonu tapılıb!
Dindirir əsr bizi, dinməyiriz, 
Atılan toplara diksinməyiriz, 
Əcnəbi göydə balonlarla gəzir, 
Biz hələ avtomobil minməyiriz…
Bu günlərdə Türkiyədə yayımlanan “TRT” kanalında Pelin Çiftin təqdim etdiyi verilişdə maraqlı bir epizodla tanış oldum. 
Belə ki, verilişin qonaqlarından olan və alim kimi təqdim edilən Yavuz Örnək, Nuh tufanına toxunaraq onun  təbirincə  ilə desək,  elmi sübutlara əsaslanaraq iddia edirdi ki, Nuh oğlu ilə məhz mobil telefonla danışaraq onu yola gətirmək istəyib. Digər bir iddiada isə ağızdolusu  danışılırdı ki,  Nuhun gəmisi taxtadan deyil,  müasir texnologiya ilə inşa edilib və nüvə yanacağı ilə işləyir. Yaxud  “Nuhun oğlu atasının təklifini qəbul etsəydi gəmiyə necə gedəcəkdi” sualına isə özü də  “təbii ki, insansız hava nəqliyyatı ilə” iddiası  ilə cavab verirdi.                                                                                                                             
Əgər bu “alim” çıxıb iddia etsə ki, Nuhun ən müasir texnologiyaya cavab verəcək böyük zavodu olub və bu zavodu məhz tək idarəetmə ilə özü idarə edib, həmçinin  avtomatlaşdırılmış konveyer üsulu ilə bu gəmi həmin zavodda inşa edilib heç təəccüblənmərəm. Çünki, belə müasir gəminin inşa ediləsi zavodun da müasir olmasında qeyri -adi nə var ki?.
Amma əslində məni düşündürən başqa məsələdi. XXI əsrdə özünü alim sayıb, ciddi kanallardan sayılan televiziya verilişinə çıxarılan  biriləri görəsən cəmiyyətə hansı mesajı vermək istəyir?! Müasir dövrümüzdə nələr baş verir?
Ruhu şad olsun! Unudulmaz Mirzə Ələkbər Sabirin yuxarıda sitat gətirdiyim beyti əfsuslar olsun ki, bu gün də aktuallığını saxlayıb. Əcnəbilərin uydurduğu nağılları, əsatirləri bəzi bizimkilər özününküləşdirir,  cahil fikirlərini beyinlərə yeridir,  əslində belələrinin vasitəsi ilə insanları cəmiyyətdə baş verən əsas hədəflərdən yayındırmağa çalışmaqla yanaşı, tariximizin real gerçəkliklərindən, mənəvi dəyərlərimizdən  uzaqlaşdırmağa çalışırlar. Əcnəbilər isə hələ də balonlarda gəzir və uydurmaları ilə cahillərin əlləşməsini keyflə izləyirlər. Tanrı cahillərdən cəmiyyətimizi uzaq etsin.”
Bəli müasir texnolologiyalar əsri olan zəmanəmizdə “alim” olasan və belə cəfəng fikirlər söyləyəsən…
Nə isə. Gələk mətləbə.
Əslində bu yazımdan sonra, Nuh əfsanəsilə bağlı bəzi araşdırmalar aparmağı qərara aldım. Elə bu ərəfələrdə 2019-cu ildə tanınmış professor Əjdər Tağıoğlunun “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” adlı kitabı işıq üzü gördü. Bu kitabla tanış olduqdan və apardığım araşdırmalardan qənaətə gəldiklərimi nəzərinizə çatdırıram.
Venesiya erməni monastrının Anadolu və Ön Qafqazda qədim türk torpaqları ətrafında qaldırdığı əsassız torpaq iddiasının tarixi XVIII əsrin əvvəllərindən başlayaraq, bu günə kimi keçən 300 ildən artıq bir dövrü əhatə edir. Professor Əjdər Tağıoğlu 800 səhifəlik “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”  (2006, 2008-cu il nəşrlərində) adında monumental əsərində erməni və türkün tarixi düşmənləri olan siyasi muzdlu rus tarixçilərinin saxtakarlıqlarını elmi-tarixi faktlarla aşkara qoymuşdur. Bu baxımdan müəllifin yenicə nəşrdən çıxmış “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” əsəri olduqca elmi və ideoloji dəyərə malikdir. Çünki Əjdər Tağıoğlunun bu kitabda  əsas məqsədi M.S. Qorbaçovun yazdığı “Qanlı Qarabağ tarixi”ndən sonra daha da quduzlaşaraq, Naxçıvanla əlaqədar “Qars müqaviləsini ləğv olunmasını” tələb edən və eyni zamanda, cahil və nadan xalqını “Naxçıvanı müharibə yolu ilə almağa” təhrik edən Kremlin hamiliyi altında rus-erməni irtica qüvvələrini özündə birləşdirmiş “Naxçıvan Qardaşları Birliyi”nin  keşiş Vartanın (XIX əsrin I yarısı) uydurduğu “erməni Naxçıvanı” mifi ətrafında haray çəkdiyi ideoloji xəstə makinəsini real faktlarla susdurmaqdır.
Əjdər Tağıoğlu  yeri gəldikcə nümunə gətirdiyi əfsanələrə real tarixi zəmindən yanaşaraq sübut edir ki, torpaq iddiası ilə əlaqədar erməni kilsəsinin və onun tarixçi varislərinin daha sonrakı on illiklərdə “erməniləşdirdikləri” yəhudi Noyla bağlı uydurduqları “erməni Naxçıvanı” mifinin qədim Oğuz-türk qala çəhəri olan “Naxçvan” toponiminin etnokökü ilə hec bir yaxınlığı yoxdur. Çünki,onun fikrincə, dünya arxeologiyası da təsdiq edir ki, tarixdə  nə “Tufan və Daşqın” hadisəsi baş vermişdi, nə də yer üzü su altında qalmışdı. Görkəmli arxeoloqların Babilistanda apardıqları arxeoloji qazıntılar sübut etdi ki, Tiqr (Dəclə) və Frad (Fərad) çaylarının müxtəlif tarixi çağlarda daşması nəticəsində Mesopotamiya ovalığında qədim Şumer şəhərləri zaman-zaman qalın qum qatları altında qalmışdı. Şumer dastandüzəni bu tarixi hadisəni “Şuruppak” şəhərinin timsalında “Bilqamıs” abidəsində yarı əfsanə zəminində real tarixə çevirmişdi.
Əjdər Tağıoğlu dastanın XI bölməsində təsvir edilən hadisəni qısa şəkildə olduğu kimi verir. Burada təsvir edilir ki, allahların qeyzinə səbəb olan Şuruppak şəhərinin qarşıdan gözlənilən “Tufan və Daşqın” nəticəsində su altında qalacağı xəbərini eşidən hökmdar Ksisuörisi rəyyətlərinə təcili dörd künc nəhəng ban tikdirir, bütün sərvətini, ailəsini,ev və çöl heyvanlarını ora yerləşdirir. Tufan başlayır, gürşad yağış tökür,şahə qalxmış qorxunc fırtınalar Ksisuörisinin dörd künc banını bir neçə gündən sonra uca bir dağın nəhəng qayaları arasına pərçimləyir,onu tərpənməz edır. Tədricən su çəkilir,torpaq görsənir, Ksisuörisi  ailəsi ilə birlikdə dağa qalxır, allahına qurban kəsir. Dastandüzən bu dağı “Nisir” dağı adlandırır. Tarixçilər “Nisir” dağını indiki İraq ölkəsinin şimalında yerləşdirirlər.
Dini mistikaya görə, “Bibliya”da Noyun “kovçeki” də, “Qur`ani-Kərim”də Nuhun “gəmisi” də Nisir dağında torpağa oturmuşdur.
Şumer-Türk dastandüzənin “Nisir” adlandırdığı dağ “Bibliya”da “Ararat”, Assuriya yazılarında “Urartu”, “Qur`ani-Kərim”də “Cudi dağ” (“Hündür dağ”) dağı namında dini tarixə çevrilmişdir.
Əjdər Tağıoğlu bu məqamda o nəticəyə gəlir ki, xristian missionerləri  tarixi m.ö. 5000-ci illərə gedib çıxan Şumer-Türk əhalisinin abidəsi olan  “Bilqamıs” dastanının XI bölməsində  təsvir edilən “Fırtına və Daşqın” hadisəsini götürmüş, m.s. “Bibliya”da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər.
Erməni kilsəsi M.Xorenatsidən başlayaraq,”Bibliya” hadisəsinə tam başqa mövqedən yanaşmışdır. Kitabda M.Xorenatsidən nümunə gətirilən əfsanədə kilsə Ksisuörisinin nəhəng  “dörd künc banı”nı Nisir dağında deyil, harada yerləşdiyi məlum olmayan “Armeniya”da torpağa oturdur. Əjdər Tağıoğlu bu əfsanəni kilsə “Bilqamıs” və “Avesta”dan götürdüy mifoloji materiallar əsasında tərtib etdiyini, burada  adları çəkilən mifoloji şəxsiyyətlərin erməni babaları ilə heç bir bağlılıqları olmadığını, əfsanəni uyduran anonim keşişin soy kökcə türk mənsubiyyətli əhalini-Ksisuörisini və onun üç oğlunu (Zarvan,Titan və Yapatost ) “erməniləşdirmək” məqsədi güddüyünü tarixi faktlarla araşdırır. Onun fikrincə, burada erməni kilsəsinin iddiasına görə,   “Armeniya”  “Tufan və Daşqın” hadisəsindən sonra guya “yaranmış yeni insan cəmiyyəti”nin “ilk beşiyidir”, dünya xalqları da “armyan” nəslindən törəmədir.
Bu əfsanədə dövrə görə, nə “Naxçıvan” adı çəkilir,nə  “erməniləşdirilmiş” yəhudi Noy, nə də onun “xilaskar gəmisi” xatırlanmır. Ancaq XIX əsrin I yarısından başlayaraq, Eçmiadzin kilsəsi Mərkəzi Rus Kilsəsinin hamiliyi altında yəhudi Noyu “erməniləşdirir”, onun “əlindən tutur”, onu Ön Qafqaz Oğuz Albaniyasının ərazisinə keçirməyə çalışır.
Qr.Kapantsyan yazır: “…kovçek birinci dəfə Qurqur dağında dayanır, ancaq ondan məsləhət alır ki, daha hündür Masisə (Ararata) üzsün.”
Göründüyü kimi, bu əfsanədə də Naxçıvan yada düşmür.
Başqa bir əfsanədə də “erməni Noy”un “ilk ayaq basdığı torpaq” Naxçıvan deyil, başqa bir ərazidir.
İ.Şopen yazır: “Əgər erməni rəvayətinə inansaq, Noy kovçekdən çıxıb əvvəlcə Ark-uri kəndində dayandı, ancaq buradan başqa yerə getdi, bu səbəbdən də ora “Nax-içe-van”, yəni “birinci dayanacaq” adlandırıldı.”
Bu əfsanənin təsvirindən aydın görsənir ki, “Ark-uri” “Tufan və Daşqın” “fəlakədindən” uzaq, guya torpaqda “mövcud” olmuş abad bir erməni  kəndidir. Bu o deməkdir ki, “Ark-uri” yaşayış məskənidir, əhalisi də ermənilərdir.    
Anonim keşiş müəlliflər başqa əfsanələrin birində Erevan (İrəvan) şəhərini, o birində ,əksinə Eçmiadzini kovçekin “ilk dayanacaq”  yeri və Noyun  “ilk məskən” saldığı torpaq kimi qələmə verirlər.       
Erməni tarixçilərinin ənənəvi saxta yozumlarına görə, guya “Erevan” sözünün “zühur edən”, yaxud  “möcüzə” olaraq “görsənən” anlamına gəlməsi də, kovçekin dayandığı yerdə tədricən suyun çəkilməsindən sonra Noyun torpağa ilk ayaq basması müqəddəsliyi ilə bağlıdır. Onlar bir qədər də irəli gedərək iddia edirlər ki, guya Noyun gəlişi ilə “zühur etmiş” “möcüzəli şəhər” “bu günə kimi erməni vilayəti olaraq  yaşayır.”
Əjdər Tağıoğlu yazır ki, klassik saxtakarlar olan erməni tarixçilərinin burada məqsədləri 29 noyabr 1920-ci ildə qədim türk torpaqlarında Kremlin təşkil etdiyi “Erməni Respublikası”na 29 may 1921- ci ildə Azərbaycan türklərinin orta əsr dövr tarixindən qoparılaraq, mərkəz kimi verilmiş Oğuz-türk şəhəri İrəvanin, guya Noyun dövründən “Erevan” adında erməni babalarına aid yaşayış yurdu olduğunu “sübuta yetirməkdi”.
Bu gün “Eçmiadzin” adlandırdıqları məbədin tarixini də erməni alimləri bir tərəfdən guya kovçekdən düşən Noyun həmin torpağa “ilk ayaq basdığı” “tarix”lə, o biri tərəfdən də Xristosla bağlayan fikirlər də var.  
Görkəmli tarixçi və bibliyaşünas B.Ö. Korf yazır: “Ermənilər qəbul edirlər ki, Eçmiadzin kilsəsinin inşa edildiyi yerdə Noy kovçekdən düşüb, allaha birinci qurbanını kəsib. Eyni zamanda Noyun üzüm barmaqlıqlar saldığı yeri göstərirlər və yazırlar ki,onlar böyüyərək Erevanın (İrəvanın-Ə.T.), Eçmiadzinin və ətraf yerlərin üstünü tutdu.Fikrimcə,bu rəvayətin də tarixdə hüquqi yeri ola bilməz.”
Xatırlatdığım əfsanələrdə “erməniləşdirilmiş” “yahudi Noy”un “ilk ayaq basdığı” torpaqlar, Naxçıvandan on kilometrlərlə uzaq məsafələrdə yerləşirlər.
Erməni kilsəsi və onun tarixçi varisləri, əsassız torpaq iddiası ilə əlaqədar, bu günə kimi bir həqiqəti anlamamışlar (əslində anlamışlar, ancaq əlacsızdırlar,başqa yolları da yoxdur!) ki, ” Noy – Ararat”, “Noy-Erevan”,”Noy – Naxçıvan”, “Noy-Eçmiadzin”, “Xristos-Eçmiadzin” və s. sağlam ağılın qəbul etməyəcəyi uydurma fantastik əfsanələrdə istər Anadolu torpaqlarında, istərsə də rusların gətirib yerləşdirdikləri Ön Qafqaz coğrafiyasında özlərini “qədim yerli əhali” kimi qələmə versələr də, bu cəfəngiyatlar onların ucalığını deyil, miskin, cılız, oğru xalq olduğunu sübut edir.
Əjdər Tağıoğlu araşdırmalarını ümumiləşdirərək o nəticəyə gəlir ki, guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurulan “erməni Naxçıvanı” iddiası yarıdilənçi qaçqın, köçkün ermənilərin “qədim Qafqaz tarixi” qədər illuziyadır, mifdir!!!
Son da ədalət naminə qeyd edim ki, professor Əjdər Tağıoğlunun “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir”  kitabı həcmcə kiçik olsa da, müəllif bu əsərdə bir İnstitutun bu günə kimi görmədiyi işi – fantastik “Dünya Daşqını və Noy\Nuh” hadisəsinin dünya xalqlarının inanc tarixinə çevrilmiş iki min illik dini mistika olduğunu elmi-tarixi faktlarla araşdırması həm dünya elmi və onun bir parçası olan Azərbaycan elmi üçün və cahil “alim”lərin sərsəm açıqlamaları üçün olduqca qiymətli dəyərə malikdir.

Cavid İsmayıl 
Turan Araşdırma Mərkəzi İB-nin sədr müavini
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ