Adını Siz qoyun: parantez açmaq məndən...
Tarix: 14-05-2020, 14:26
Baxılıb: 1 194
Google+ Paylaş
Tumblr Paylaş

Adını Siz qoyun: parantez açmaq məndən...

14-05-2020, 14:26

 Asəf ABBASOV
"Özgənin dərdini yaşamayan şəxs, heç zaman ziyalı sayıla bilməz”
Xalq şairi Bəxtiyar Vahabzadə

 
Bugünkü reallıqda koronavirus bəlasıcəmiyyətimizin eləbir sahəsi yoxdur ki, oranı vurmasın. Saymaqla bu"taclı”nın neqativləri bitməz.Ancaq bir məsələ var ki, bu bəlanın vurduğu zərbənin sayını bəzənözümüz də artırmışoluruq. Bu da bizim mənəvi dəyərlərimizlə bağlı olan məsələlərdir. Belə ki, "taclı bəla” artıq hamıya digərlərinətövsiyə verməyi də öyrədib.
Bu məqamda yada bir əhvalat düşür.Bir gün səhabələrdən biri Peyğəmbərimiz HzMəhəmmədin (s.ə.s)yanına bir uşaq gətirir. Ona yaxınlaşaraq: "EyNəbi, övladımız həddindən çoxxurma yeyir. Nə qədər desək də, buəməlindənəl çəkmir. Səninyanına gətirdik ki, nəsihətedəsən" deyir. Rəsulullah "onu yanımasabah gətirin" deyir. Səhəri günuşağı yenə Peyğəmbərin yanınagətirirlər. Allah Rəsulu uşağa "bundan sonra çox xurma yemə" deyir. Ətrafdakılarbuna çox təəccüblənirlər. Onlar "Ey AllahınRəsulu, bunu demək üçün niyə birgün sonrasını seçdiniz? Bu sözləridünən də deyə bilərdiniz" deyirlər. O isə cavabındadünən özünün də çoxlu xurma yediyini və bu halda uşağa nəsihət etməyindoğru olmadığını bildirir.
Özü etdiyi bir şeyi başqasına "etmə" deməyəcəkqədər həssas olanbir Peyğəmbərin ümmətiyik. Amma biz əməl etsəkdə, etməsək də başqalarına asanlıqlaməsləhət veririk. Əvvəllər insanlar müxtəlif ağır xəstəliklərdənəziyyət çəkirdilər. İndiisə hamıda başqasına məsləhətvermək "xəstəliyi" yayılıb. Yaşından və nə iş görməsindən asılı olmayaraq hər kəs qarşısındakınaməsləhət verməyə çalışır. Üstəlik, bu "çoxbilənlər"in özləri həyatda elə də, uğurqazanmış insanlar olmurlar. Məsələn, özü siqaret aludəçisiolduğu halda birbaşqasına siqaretin sağlamlığavurduğu ziyandan danışır. Halbuki bu şəxsin özü bir-birinin arxasıncadüzdüyü nəsihətlərdən birinə də əməl etməyib. Bəli, təsadüfəndeməyiblər, "dünyada ən çətin şey özünü dərk etmək, ən asan şeyisə başqasına məsləhət verməkdir"…
Və nəhayət mətləbə gəlməyin zamanı çatdı. TV-lərdən birində axşam efirə getmiş verilişlərdən birinin təkrarı gedirdi. Hörmətli qonaq ard-arda "mən bir ziyalı kimi...” – deyərək xalqa xitabən tövsiyələrini verirdi. Nədənsəbu diqqətimi çəkdi. Çünki bir qədər öncəKİV-lərdən birində qonaq olan digər ekspert də bu ifadəni dəfələrləişlətmişdi...
Düzü ilköncə emosional qərar verərək istədim ki, həmin şəxslərin telefon nömrələrini tapıb onlara zəng edərək iki saul verim. Birinci sualım onlara "kim deyib ki, siz ziyalısınız?” bir digər sualım isə onlardan ziyalılığın kriteriyalarınısoruşacaqdım.Ancaq "lənət şeytana” deyib bundan vaz keçdım. Çünki əsl mövzum bu deyil. Əksinə bizim bu "ekspert” dostlarımız mənə başqa mövzu vermişdilər.Belə ki, müşahidələrim təkcəson iki gündəKİV-lərdə rastlaşdıqlarım idi...
Təəssüf doğuran məqam odur ki, özünü ziyalı sayanlarla nədənsə son dönəmlərdə tez-tez rastlaşırıq. Bunu tək mən demirəm. Həmsöhbət olduqlarımın əksəriyyəti bu qənaətdədir.Hətta tanıdığım şəxslərdən biri, bazarda "şmotka” satan şəxslə bu günlərdətelefonda söhbət edərkən də o bunu böyük fəxarətlə bildirdi. Özünü əsl ziyalılardan biri sayan şəxs(bir qədər maddi imkanı olduğu üçün – A.A) dayanmadan ibrətamiz nəsihətlər verməkdə idi.Onun qənaətincə, təhsilli hər bir şəxs ziyalıdır.Yetər ki, o oxumuş olsun. Təbii ki, bu həmin şəxsin düşüncəsinin məhsuludur. Əsl həqiqətdəisə bu ürək ağrıdıcıdır.
Maraqlıdır ki, daha çoxömrünü elmə-təhsilə, dövlətimizin, cəmiyyətimizin inkişafına həsr etmiş şəxslərdən hələdə eşitmədim ki, desinlər mən ziyalıyam. Ancaq bəziləri buna heç bir mənəvi haqqı çatmadığı halda xüsusi təkəbbürlə "mən bir ziyalı kimi” deyərək xalqa, millətətövsiyə verir. Nə qədər məntiqli görünür?
Qeyd edim ki, ziyalı yiyələndiyi elmi biliklərə və bunun sayəsində əldə etdiyi sosial statusuna müvafiq davranış və fəaliyyətə malik olan şəxsdir. Antik yunan filosofu Sokrat qeyd edirdi ki, hər bir ziyalı adlandırılan şəxs əldə etdiyi biliklərə, fəlsəfi-intellektual potensialına müvafiq surətdə davranmırsa, o zaman həmin şəxs ziyalı adlandırılmamalıdır. Sokratın bu fikrini sosioloji terminlərlə ifadə etsək, qeyd edə bilərik ki, fərd o zaman ziyalı adlandırıla bilər ki, o əldə etdiyi bilikləri, mövcud intellektual potensialını sosiumda özünün sosial statusu və daşıdığı dəyərlərlə uzlaşdırsın və müvafiq davranış forması sərgiləsin. Ən əsası odur ki, ziyalı adlandırılan şəxsin fəaliyyəti və dəyərləri ictimai dəyərlərlə uzlaşsın, ictimai və ümummilli əhəmiyyət kəsb etsin.
Mənim anlamıma görə ziyalılığın əsl tərifini Xalq şairimiz Bəxtiyar Vahabzadə daha mənalıvə dolğun vermişdir: "Özgənin dərdini yaşamayan şəxs,heç zaman ziyalı sayıla bilməz”.
İndi isə gələk ikinci mətləbə. Bildiyimiz kimi şəxsə müraciət forması iləbağlı məsələhər zaman bizlərüçün böyük bəlaya çevrilib. Sovetlər dönəmində yoldaş, müasir müstəqillik dövründəisə ilk əvvəl bəy deyə hamıya muraciət etməyəbaşladıq.Sonradan isə müqəddəs müəllim adını elədik müraciət forması. Təəssüf ki, bu "proses” hələ dədavam edir. Bu gün hətta bazarda göy satana belə müəllim deyə muraciət edənlər var. Bizim şərəfli müəllim adına qoyduğumuz hörmət,budurmu?
Bu gün əlimizə qələm alıb yazı yazanda belə, əziz müəllimlərimiz yadımıza düşmürsə,deməli biz əsl fəlakətin içərisindəyik. Ulu öndərimiz HeydərƏliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimimizin hərarəti, qəlbinin bir zərrəciyi vardır”.
Belə ali və şərəfli adı bu gün ucuzlaşdırmağa mənəvi haqqımızçatırmı? Bax bu sual bizləri hələ çox düşündürəcək.Bunun qarşısını almaq əvəzinəisə indi də bizim ziyalılığımız hədəfə alınıb.Bu gün bir çoxlarının özünü ziyalı sayması isə həyəcan təbili çalmağımızın vaxtınınçatdığını söyləməyə əsas verir. Bir azdan bazarda "ay ziyalı, oradan mənə iki dəstə göy-göyərti ver” və yaxud "ay ziyalı, mənə birçaynik çay gətir”kimi ifadələri eşitsək, deyəsən təəccüblənməyəcəyik. Çünki zamanında bu ali ada da sahib çıxmırıq,ictimai qınağıartırmaq isə sonra gec olacaq...
Düşündürücü odur ki, bəlkədə bu ağır mənəvi problemdə bir qəbahət görməyənlər də olacaq. Deyəcəklər ki, "hə,bunda nə var ki...?” Bax əsl bəla onda olacaq. Koronavirus bəlası kimi...
Onsuz da bizdə şəxsəmüraciət forması məsələsi ciddi problem olaraq qalır.Məsələyə əsas cavabdeh olan rəsmi qurum AMEA-nın Dilçilik İnstitutu belə, bu dilemmadan baş aça bilmir. Onlar belə bu məsələni açıq saxlayırlar. Yəni istədiyin şəxsə müəllim, cənab, əmioğlu, dayıoğlu,qaqaş... deyə bilərsən.Bir müddət sonra isə ziyalı müraciətini də eşitsəniz normal qarşılayın. Deməli ki, biz bunun zamanında qarşısınıala bilmədik.
Əziz millətim,parantez açmaq məndən,gerisi qalır sizlərə...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ