Sosial şəbəkələrdəki QƏZƏB, kəndirbaz oynadanlar və Yupiterin haqsızlığı
Tarix: 14-04-2020, 20:11
Baxılıb: 1 183
Google+ Paylaş
Tumblr Paylaş

Sosial şəbəkələrdəki QƏZƏB, kəndirbaz oynadanlar və Yupiterin haqsızlığı

14-04-2020, 20:11

Fadil PAŞAYEV
"Adamlar öz beyinlərində boşluğu əksər hallarda qəzəb hesabına doldururlar”.
Bunu amerikalı publisist Uilyam Raskvill Olcer deyib. Kişinin sözü lap yerinə düşüb. Bu baxımdan mən həmin qəzəbi koronavirus pandemiyası dönəmində sosial şəbəkələrdə görürəm. Əvvəlcə bunu anlaya bilmirdim. Sonra təsadüfdən Uilyam haqqında oxuyanda bu fikirlərlə rastlaşanda düşüncələrimdə bir aydınlıq yarandı. Axı haradan idi bu qəzəb? Beyinlərində boşluğu olanların çabalarında.
Hə, yenə qədim Roma məsəlində deyildiyi kimi Yupiter, sən hirslənirsən, deməli haqlı deyilsən!
Gəlin, söhbətimi bir qədər də konkretləşdirim.
Söhbət ayrı-ayrı şəxslər tərəfindən imkansız, sosial rifahı aşağı olan ailələrə edilən yardımlardan və bu ətrafda qəzəbli müzakirələrdən gedir. "Kəndirbaza bax, kəndirbaza”, – deyib cibəgirənlər kimi məqsədlərini həyata keçirənlərin halı isə bu məqamda bir başqadır.
Əvvəla, ondan başlayaq ki, kimliyindən asılı olmayaraq fərdi yardımlar edən və onu sosial şəbəkələrdə paylaşanları alqışlayıram. İstənilən halda belə təşəbbüslər təqdir edilməlidi. Ona görə də belə məsələlər neqativ şəkildə şərh olunmur və olunmamalıdır.  Amma biz burada başqa mənzərəni də seyr edirik. Hə, bu baxımdan ürəkbulandıran söhbətlər məharətlə dövriyyəyə buraxılıb və həmin dedi-qoduların əsas qayəsi də budur ki, Kamil Zeynallı, Tolik, Rəqsanə və adını çəkmədiyimiz digər şəxslər sanki xilaskar missiyasını yerinə yetirən qəhrəmanlardır. Və onlar olmasaydı, dövlət və xalq batardı və sair və ilaxır.
Görünən odur ki, peşəkar "maşa”çılar qabiliyyətlərini göstərə bilir. Dövlət bütün mexanizmləri ilə işləsə də, bu səs sosial şəbəkələrdə küy yaradanların ucbatından ya eşidilmir, ya da eşidilməz fonu yaradır. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı kimi məmurların da səbatsızlığı ucbatından DÖVLƏTİN niyyətindən daha çox yardımsevərlərin Kamil Zeynallı coşqusu yaranır. Bütün hallarda isə fürsətcillər kin-kidurətləri ilə bundan yararlanmağa çalışır, müqəddəs bildiyimiz DÖVLƏTİ və onun sükan arxasında oturan başçısını gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar.
Bütün məsuliyyətimlə deyirəm ki, niyyəti saf olan sonda qələbə qazanır. Dövlətin niyyəti bəlli. Bu niyyətin məğzi koronavirusa görə xüsusi karantin rejimində iqtisadiyyata dəyəcək zərbələri minimuma endirmək, indiyədək görmədiyimiz sistemdən az itki ilə çıxmaq, vətəndaşların yanında olmaq, "biz birlikdə güclüyük” ideoloji tezisləri həyatımızın bir hissəsinə çevirməkdən ibarətdir.
Orta Asiyada işlədiyim dövrlərdə DÖVLƏTİN çörək, su, hava və od qədər həyati əhəmiyyət daşıdığını gördüm. Uyğurların sifətində, məhsəti türklərinin gözlərində DÖVLƏTÇİLİK arzularının pik həddinə şahid oldum və qürur duydum ki, mənim DÖVLƏTİM var. Mötəbər tədbirlərdə, sammitlərdə dikələn Azərbaycan bayrağını gördükdə bir daha əmin oldum ki, bu, bizə miras qalmış misli görünməmiş var-DÖVLƏTDİR. Amma kin elə bir şeydir ki, bunu düşmənlə bərabər özlərini azərbaycanlı hesab edənlərdə də daha aydın hiss etdim. Belələri DÖVLƏTİMİZİ dağıtmaqla xalq olaraq bizə ya rus əsgərlərinin çəkmələrini yumaq, ya da fars sərbazlarının aşağılayıcı tənəsi altında yaşamaq istəyi ilə yaşayırlar. Arzularınız gözünuzdə qalsın.
Bax elə buna görə də tam əminliklə deyirəm ki, siyasi palitrasını radikallıqla müəyyən edən qüvvələrin rəhbərlərində səmimiyyət hiss olunmur. Kinayəli gülüş, lazım gələndə bir olmaq, birlikdə olmaq təşəbbüsündən uzaq bu şəxslərdə pozitiv heç nə yoxdur. Elə ona görə də narahatam ki, söhbət hansısa yardım-falandan getmir. Maariflənməmiş, "Qaçaq Nəbi” kinosundakı bir epizodda göstərildiyi kimi bir yardımı bir neçə dəfə almaq istəyən avam və nəfsi olan şəxslərin qınağını əlində arqumentə çevirən düşərgə qəhrəmanları DÖVLƏTİN qarantına çevrilən Liderə qarşı bütün metodologiyanı işə salıblar. Hər şey qalıb onların öz vicdanlarına.
Ölkənin bu sınaq günündə verilən şansı dəyərləndirməmək də bir başqa dərddir. Dövlət necə vətəndaşının yanındadırsa, vətəndaş da dövlətinin yanında olmalıdır. Bu baxımdan belə ağır sınaqdan gözütox, nəfsitox vətəndaşlarımız, xalqa can yandıran məmurlarımız, DÖVLƏTİNƏ sadiq qalan həmvətənlərimiz üzüağ çıxacaq.
Afinalı siyasətçi, qanunverici və şair, qədim Yunanıstanın "yeddi müdrik adamı”ndan biri olan Solonun sözü burada lap yerinə düşür: Dövlətə xüsusi mərasim düzəldənlər lazım deyil. Əksinə, kütləni arxalarınca apara bilən şəxsiyyətlər xalqa daha yararlı ola bilər. Əgər bu şəxslər düzgün yoldadılarsa, onda təşkil edilən mərasimlər, fəaliyyət növləri Dövlətə yalnız fayda verə bilər, əgər səhv yola istiqamətlənirsə, bundan Dövlət ancaq zərər görər.
Bax belə!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ