Savaş təkçə səngərdə deyil... – Cavid İSMAYIL yazır
Tarix: 18-02-2020, 15:09
Baxılıb: 2 828
Google+ Paylaş
Tumblr Paylaş

Savaş təkçə səngərdə deyil... – Cavid İSMAYIL yazır

18-02-2020, 15:09

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirəni çox böyük maraqla Internet üzərindən birbaşa izləyə bildim.
Azərbaycan və Ermənistan rəhbərlərinin Münxendə keçirilən təkbətək görüşü mənə bir Azərbaycan VƏTƏNdaşı kimi qürur verdi.
Bu görüşdə prezident İlham Əliyev dünya auditoriyası qarşısında Ermənistanın baş naziri Nikol Paşinyananın timsalında məkrli düşmənin xislətini dünyaya bir daha göstərdi və çürük "dayaqlara" söykənən erməni həyasızlığını darmadağın etdi.
Şübhəsiz ki, bu erməni siyasi kursuna verilmiş növbəti tarixi bir dərs idi. Lakin mən bu görüşdə bir məqama diqqət çəkmək istəyirəm. Dünyanın aparıcı dövlətlərinə bir erməni xəstəliyinin - ermənifobiyanın olması bəllidir. Ermənilərdə dünyada hər şeyin onlara məxsus olması və onlar tərəfindən yaradılmasını iddia etmək bir xəstəliyə çevrilib. Onlar ilk olaraq özləri bir mövzu yaradır, daha sonra öz yaratdıqlarına özləri inanır, daha sonra dünyanı bu yalana həyasızcasına inandırmağa çalışırlar. Əfsuslar olsun ki, elmi siyasətə qatan qüvvələr də, bu erməni uydurmalarına nəinki bilərəkdən inanır, hətta bu yalanları inkişaf etdirirlər. Hər birimizə bəllidir ki, ermənilər nəinki qədim Misirdə piramidaların qurucusunun erməni olduğunu iddia edir, eyni zamanda yeri-göyü yaradan Tanrının da erməni olduğunu deyirlər. Bəli əslində bu xəstəlik bu gün Çində tüğyan edən koronavirusdan da qorxulu və zərərlidir.
Gələk mətləbə. Bizlər əlimizdə olan dəqiq və etibarlı mənbələrə, xüsusən də erməni və ermənipərəst müəlliflərə istinad edilən elmi əsərlər və konkret faktlara əsaslanan tarixi faktlardan ideoloji silah kimi tam gücü ilə səmərəli istifadə edirikmi? Zənnimcə yox! Cənab prezident İlham Əliyev, saxta erməni yalanlarını yenə də həyasızcasına dünya ictimaiyyətinə sırımağa cəhd edən, erməni cəmiyyətinin bir nömrəli siması Paşinyanı darmadağın etməklə, əslində bu sahədə konkret məşqul olmağa mükəlləf olan özümüzün müvafiq qurumlarına da master klas keçdi.
Baxın, cənab prezident o qədər də uzaq olmayan keçmişə diqqət yetirərək 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya imperiyasının generalı Sisianovla saziş imzalamasını və bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığının müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçməsini qeyd etdi. Daha sonra Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdən əldə etməyin mümkünlüyünü diqqətə gətirərək, - Qarabağda erməni əhalisi barədə heç nə deyilmədiyini qeyd etdi. Eyni zamanda, 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələrinin Rusiya imperiyasının tərkibinə keçməsini bildirdi. Bəli, bu tarixi sənədlərin heç birində ermənilərlə bağlı heç nə qeyd edilməyib. Bu elə ermənilərin bu coğrafiyada olmadıqlarının konkret tarixi sənədlə sübut olmasıdır.
Bizlərə məlumdur ki, 1978-ci il Azərbaycanda, Dağlıq Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndində ermənilərin İrandan Azərbaycan  torpaqlarına köçürülmələrinin 150 illiyi münasibətilə abidə ucaldılıb. (Fotonu təqdim edirəm. Abidənin üzərində ermənicə "Marağa-150" yazılıb.) Elə bir bu abidə ermənilərin cild-cild yalanlarına tutarlı cavabdır. Bəs niyə bu video və ya fotolentlər arxivlərdən çıxarılmır? Niyə konkret elə bu abidənin qurulması ilə bağlı həmin dönəmin insanları tapılıb tutarlı tarixi-arxiv materiallarına istinadən sanballı film çəkilmir? Elə bu filmə min hoqqa ilə Azərbaycana gəlmək istəyən erməniləri də tapıb cəlb etmək mümkündür axı! Bəlkə səhv edirəm?!
Növbəti bir sübut, ictimai-siyasi xadim, türkçü alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) "Erməni xalqının saxta "tarixi" üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir" seriyasından erməni "tarixşünaslığı"nın şah damarını kəsən əsəri -"Moisey Xorenatsi anonim keşiş müəllifdir" adlı kitabı məşhur erməni alimi - K.Patkanovun (Patkanyan) sözlərinin epiqrafda verilməsilə başlayır. "Ermənilər yaşadıqları ərazinin ən yaramaz adamlarıdırlar". Bunu deyən nə Türkdür nə də ki, Türkə rəğbəti olan. Bunu deyən ermənidir! Və sıradan bir erməni yox!
Müəllif bu elmi əsərində kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məhşur rus, erməni və Avropa tarixçilərinə istinad edərək  erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası" M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin "erməniləşdirilmiş" mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi" əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları "qədim tarix" kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.
Professor Əjdər Tağıoğlunun saxta "Mesrop əlifbası" mifini darmadağın edən "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" adlı sanballı elmi əsərində də epiqraf erməni alimi Akademik N.Y.Marrın sözləri lə başlayır: "Erməni xalqı kimi erməni dili də hibrid (calaq) dildir." Fikir verin, ermənilərin dilinin erməni xalqının özü kimin calaq olduğunu deyən məhz yenə də görkəmli erməni alimidir. Türk yox, erməni!
Bu əsərdə də, müəllif erməni "tarixşunaslığına" sarsıdıcı elmi zərbələr endirib. Belə ki, Əjdər Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə "Mesrop Maştos" adında əlifba "ixtiraçısı", nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış "erməni əlifbası", nə də "erməni yazısı" olmayıb!
Yeri gəlmişkən ermənifobiya virusu iddia edir ki, güya "Mesrop Maştos" gürcü əlifbasının da müəllifidir.
Bu faktları uzatmaq olar, sadəcə məni maraqlandıran odur ki, nədən əlimizdə tutarlı, sanballı faktlar olduğu halda, hələ həmin faktların məhz mötəbər erməni və ermənipərəst alimlərə istinadı olduğu halda bizlər belə faktları bir ideoloji silah kimin lazımı qədər istifadə etmirik?
Üzümü tuturam aidiyyəti olan bütün qurumlara, cənab prezident İlham Əliyev Münxen görüşündə erməni yalanlarına növbəti sarsıdıcı zərbəni vurdu, bəlkə sizlər də tərpənib hərəkətə keçəsiniz!?
Doğrudur, erməni xisləti, erməni məkrinə qarşı son və ən şərəfli cavabı inanıram ki, ən qısa zaman kəsiyində rəşadətli ordumuz verəcək. Mütləq verəcək!
Lakin unutmayaq ki, savaş təkçə səngərdə deyil, eyni zamanda elm, təşviqat və s. sahələrdə də aparılır!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ