ABŞ-ın neft ehtiyatları yenidən azalıb
Tarix: 30-10-2019, 11:01
Baxılıb: 1 127
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

30-10-2019, 11:01

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 0,7 milyon barrel azalaraq 436,2 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların çoxalacağı istiqamətində idi. Ehtiyatlar əvvəlki həftə 4,45 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ