Ziyad Səmədzadə: Sığorta bazarında ciddi problemlər var
Tarix: 26-04-2019, 18:39
Baxılıb: 48
Google+ Paylaş
Tumblr Paylaş

Ziyad Səmədzadə: Sığorta bazarında ciddi problemlər var

26-04-2019, 18:39

Ölkənin sığorta bazarında, sığorta sistemində müəyyən işlər getsə də, müəyyən addımlar atılsa da, ciddi problemlər var. Ümumi Daxili Məhsulda (ÜDM) sığortanın çəkisi o qədər çox deyil.
AvroMedia.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə adıçəkilən komitənin aprelin 26-da keçirilən iclasında deyib.
O xatırladıb ki, bir müddət öncə ölkə prezidenti İlham Əliyev də bununla bağlı öz iradlarını bildirib və müvafiq göstərişlərini verib. 
“Biz özümüzü təbii risklərdən qorumalıyıq. Risklərin müəyyən hissəsi özəl sektorun üzərinə düşür və düşməlidir. Onlar da bu məsələdə rol almalıdırlar. Həmçinin, aqrar sığorta ilə bağlı qanun layihəsi yeni və çox mühüm hadisədir. Çünki neçə illərdir ki, aqrar sığorta barədə danışılır, deyilir.
Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən indi belə bir sənədin hazırlanması çox mühüm hadisədir. Əminəm ki, belə bir sənədin qəbulu, eyni zamanda, adıçəkilən nazirlikdə aparılan kadr və struktur dəyişiklikləri nəticəsində bu məsələdə xeyli müsbət meyillər özünü göstərəcək”, - deyə Z.Səmədzadə deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ