Gürcüstanın iki aylıq buğda ehtiyatı qaldı
Tarix: 27-11-2021, 21:11
Baxılıb: 1 341
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanın iki aylıq buğda ehtiyatı qaldı

27-11-2021, 21:11

Gürcüstana rekord həddə un gətirilməsinə baxmayaraq, buğda ehtiyatları beynəlxalq standartlar daxilindədir. Ölkədə iki aylıq taxıl ehtiyatı var. Təkcə oktyabr ayında ölkəyə 30 min ton buğda gətirilib.
Avromedia.az xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili söyləyib.
Onun sözlərinə görə, beynəlxalq bazarlarda buğdanın qiyməti yay aylarından qalxmağa başlayıb. Beş ayda bir ton buğdanın qiyməti 240 dollardan 350 dollara yüksəlib. Ona görə də gürcü dəyirmanlarına un istehsal etmək artıq sərfəli deyil. Digər tərəfdən, Gürcüstanın ən böyük buğda tədarükçüsü olan Rusiyanın tətbiq etdiyi gömrük tarifinin artması səbəbindən taxılın qiyməti də artır. Ölkə unun da böyük hissəsini Rusiyadan idxal edir, lakin bu məhsuldan ixrac rüsumu alınmır.
Bildirilib ki, ilin əvvəlindən oktyabr ayınadək ölkəyə 67,8 milyon dollar dəyərində 282,8 min ton taxıl idxal olunub. Bu da əvvəlki illə müqayisədə 15,6 faiz azdır. Yanvar-sentyabr ayları ərzində ölkəyə buğda unu idxalı iki dəfə artıb. Son 9 ayda 4,9 milyon dollar dəyərində 16,4 min ton buğda unu gətirilib. Bu da, 2020-ci illə müqayisədə 115,5 faiz çoxdur.
Nazir deyib ki, il ərzində ölkədə 700-800 min ton taxıl istehlak olunur. Bunun yalnız 10 faizi ölkədə istehsal edilir, qalanı isə Rusiya, Qazaxıstan, Ukrayna və ABŞ-dan gətirilir.
“Gürcüstanın idxal etdiyi buğdanın 70 faizi Rusiyanın payına düşüb. Ona görə ki, Rusiyadan alınan buğdanın qiymətləri Gürcüstan üçün daha sərfəli olub”, – deyə Davitaşvili vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ