Nazir müavini: Hər gün on minlərlə fermer qeydiyyatdan keçir
Tarix: 26-04-2019, 15:41
Baxılıb: 32

Nazir müavini: Hər gün on minlərlə fermer qeydiyyatdan keçir

26-04-2019, 15:41

Ölkəmizdə elektron kənd təsərrüfatı informasiya sistemi qurulub. Hər gün on minlərlə fermer qeydiyyatdan keçir. Hədəflənir ki, ilin sonuna kimi bütün fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində olsun.
AvroMedia.Az-ın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. 
Nazir müavini bildirib ki, bizim fermerlərin internetə, sosial şəbəkələrə əlçatanlığı o qədər də çox deyil. 
“Bunu qəbul etməliyik. Hazırda müasir dünyanın gedişatı, bir çox başqa amillər tələb edir ki, elektron alətləri bu sahədə də istifadə edək”, - deyə o əlavə edib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ