Macarıstandan Bakı qazı ilə bağlı açıqlama
Tarix: 1-11-2021, 21:47
Baxılıb: 1 188
Google+ Paylaş
Tumblr Paylaş

Macarıstandan Bakı qazı ilə bağlı açıqlama

1-11-2021, 21:47

Macarıstan Azərbaycan təbii qazını ortamüddətli perspektivdə şaxələndirmə üçün potensial mənbə qismində nəzərdən keçirir.
Avromedia.az xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı Səfiriliyindən bildiriblər.
Bildirilib ki, Avropa strateji olaraq enerji daşıyıcılarının tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır: "2020-ci ilin dekabrında "Cənub Qaz Dəhlizi" ilə qaz tədarükünün başlanması Avropanın enerji bazarı üçün vacib səhifəyə çevrildi. Yeni mənbədən alternativ marşrutlar qaz nəql etməklə, "Cənub Qaz Dəhlizi" qitənin enerji təhlükəsizliyinə tədarüklərin şaxələndirilməsinə xidmət edir".
Səfirlikdən qeyd olunub ki, Avropanın qaz böhranı etibarlı qaz tədarükü mənbələrinin təmin olunmasının və uzunmüddətli müqavilələrin imzalanmısının vacibliyi məsələsini aktuallaşdırıb. Hesab olunub ki, bu cür müqavilələrə uyğun olaraq "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi vacib aspektə çevriləcək: "Hazırda Macarıstanın "Cənub Qaz Dəhlizi"nə fiziki çıxışı yoxdur, BRUA (Bolqarıstan-Rumıniya- Macarıstan-Avstriya) boru kəməri ilə birləşəcək Yunanıstan və Bolqarıstan arasındakı interkonnektor (IGB) yalnız 2022-ci ildə istismara veriləcək".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ