Azərbaycan nefti ucuzlaşdı
Tarix: 16-07-2019, 09:03
Baxılıb: 262

Azərbaycan nefti ucuzlaşdı

16-07-2019, 09:03

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.
Avromedia.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ