Beynəlxalq Valyuta Fondundan ümidli PROQNOZ
Tarix: 21-07-2021, 22:45
Baxılıb: 1 179
Google+ Paylaş
Tumblr Paylaş

Beynəlxalq Valyuta Fondundan ümidli PROQNOZ

21-07-2021, 22:45

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının “sürətli bərpasını” proqnozlaşdırmağa davam edir.
Avromedia.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.
K.Georqiyeva bildirib: “Əlbətdə ki, yeni “Delta” ştammının bizə bir qədər narahatlıq yaradmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq”.
Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı – 6 faiz:
“Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ