SOCAR və BP-nin yeni müəssisəsinin tikintisinə gələn il başlanılacaq
Tarix: 24-04-2019, 17:58
Baxılıb: 42
Google+ Paylaş
Tumblr Paylaş

SOCAR və BP-nin yeni müəssisəsinin tikintisinə gələn il başlanılacaq

24-04-2019, 17:58

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin Əliağada (İzmir, Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni Neft-kimya kompleksinin (Aromatiklər və Saf Tereftal turşusu (PTA-Purified Terephtalic Asid) müəssisələri - “Merkuri” layihəsi) tikintisinə 2020-ci ildə başlanılması planlaşdırılır.
Report-un xəbərinə görə, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin layihə direktoru Emil Alxaslı bildirib.
Onun sözlərinə görə, müəssisənin 2023-cü ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulub.
O qeyd edib ki, layihələndirmə işləri ilə bağlı tender may ayında yekunlaşacaq:
“Bir il ərzində layihələndirmə işləri bitdikdən sonra inşaat işləri həyata keçiriləcək”.
O xatırladıb ki, Aromatiklər fabrikində 830 min ton paraksilol, 400 min tona yaxın benzol, PTA zavodunda isə 1,250 mln. ton saflaşdırılmış tereftal turşusu istehsal ediləcək.
“Tereftal turşusuna Türkiyə bazarında 1 mln. ton tələbat var və bu tələbat artmaqda davam edir, bu məhsulun Türkiyə bazarının tələbatını ödəməsi gözlənilir, bundan başqa 20-25% həcmində ixrac da həyata keçirilə bilər. Benzolun isə ixrac olunması nəzərdə tutulub.
Xammal olaraq reformat və piroliz qətranı istifadə olunacaq. Reformat STAR zavodundan, piroliz qətranı “Petkim” neft-kimya kompleksindən təmin ediləcək”, - deyə E.Alxaslı bildirib.
Onun sözlərinə görə, layihənin dəyəri ilin sonuna müəyyənləşəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında BP və “SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ