"Sabah 200 dolları 1.80 məzənnəsi ilə qonşuma satacam – cinayətdir ki, bu?!” - İqtisadçı od püskürdü
Tarix: 13-01-2021, 21:40
Baxılıb: 1 157
Google+ Paylaş
Tumblr Paylaş

"Sabah 200 dolları 1.80 məzənnəsi ilə qonşuma satacam – cinayətdir ki, bu?!” - İqtisadçı od püskürdü

13-01-2021, 21:40

“Bakıda bir nəfəri 40 min dollar satarkən saxlayıblar, hay-küy qoparıblar. 
Nə cinayət edib ki, bu şəxs?! Valyuta da məhsuldur, alqı-satqı predmetidir, qiyməti alıcı ilə satıcı arasında razılaşma yolu ilə müəyyən edilir, niyə həbs edirsiniz ki?! Tutaq ki, mən sabah cibimdə olan, əvvəl aldığım 200 dolları 1.80 məzənnəsi ilə qonşuma satacam – cinayətdir ki, bu?!”.
Avromedia.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
“Qanunda varsa, zay qanundur, dəyişin, papağınızı qarşınıza qoyun və düşünün ki, axı niyə kimsə 1.74 manata dollar alsın?! Deməli, satışda dollar yoxdur, deməli, zay işləyirsiniz, deməli ajiotaja siz özünüz zəmin yaradırsınız! Bankda dollar satma, satışa qadağa qoy, minbir əngəl yarat, qeyri-qanuni tələblər irəli sür, adını da qoy ki, mən manatı qoruyuram! Allah kəssin sizin məzənnə siyasətinizi, zorla, diktə ilə, alışı sıxmaqla da məzənnə saxlayarlar?! Demirsiz ki, manata təhlükə yoxdur?! Xub, bunun sübutu bütün əngəlləri qaldırmaqdır, satışa məhdudiyyəti götürməkdir, xaricə pul köçürməyə əngəl yaratmamaqdır. Güvən istəyirsinizsə, bu addımları atın! Boş sözlə güvən yaranmaz! Sən rəsmi satışa əngəl yaratdıqca, təbii ki, qara bazar yaranacaq, o boyda qapalı, totalitar SSRİ bunun qarşısını ala bilmədi, heçmi dərs çıxartmadınız?!” – N.Cəfərli qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ