Beynəlxalq Valyuta Fondu: Gələn il neft qiymətləri 46,7 dollar olacaq
Tarix: 14-10-2020, 22:07
Baxılıb: 1 183
Google+ Paylaş
Tumblr Paylaş

Beynəlxalq Valyuta Fondu: Gələn il neft qiymətləri 46,7 dollar olacaq

14-10-2020, 22:07

2021-ci ildə dünya üzrə neft qiymətləri 46,7 dollar təşkil edəcək.
“Bloomberg HT” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünyanın İqtisadi Mənzərəsi” adlı hesabatında deyilir.
Bildirilir ki, COVID-19 pandemiyası qlobal neft tələbatında azalmaya səbəb olub və saxlama anbarlarının tutumu ilə bağlı narahatlıq yaradıb. Bunun nəticəsində cari ilin fevral-aprel aylarında neft qiymətləri 60 faiz ucuzlaşıb. Hesabata əsasən, bu il neft qiymətləri ötən illə müqayisədə 32 faiz azalaraq bir barelə görə 41,7 dollar olacaq. 2021-ci ildə isə bir barel neftin qiyməti 46,7 dollar təşkil edəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ