SOCAR və “Rosneft” rəhbərlərinin görüşü olub - FOTO
Tarix: 12-09-2020, 23:18
Baxılıb: 1 164
Google+ Paylaş
Tumblr Paylaş

SOCAR və “Rosneft” rəhbərlərinin görüşü olub - FOTO

12-09-2020, 23:18

Sentyabrın 11-də SOCAR prezidenti Rövnəq Abdullayevin Moskvaya rəsmi səfəri olub.
“Report” xəbər verir ki, SOCAR prezidenti səfərin gedişatında “Rosneft”in baş icraçı direktoru İqor İvanoviç Seçinlə görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüşdə səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqor Seçinə “Dostluq” ordenini təqdim edib.
Bundan başqa, İ.Seçin SOCAR tərəfindən “Azərbaycanın əməkdar neftçisi” fəxri adına layiq görülüb.
Neft şirkətlərinin başçıları görüşdə SOCAR və “Rosneft” arasında qarşılıqlı əlaqənin perspektivlərini müzakirə ediblər.





скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ