Azərbaycan Türkiyədən kimyəvi məhsul ixracını artırdı
Tarix: 29-07-2020, 23:37
Baxılıb: 1 090
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Türkiyədən kimyəvi məhsul ixracını artırdı

29-07-2020, 23:37

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 31,77 faiz artaraq 203,946 milyon dollar təşkil edib.
Avromedia.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat yayılıb.
Məlumata əsasən, iyun ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 54,97 faiz artıb və 35,655 milyon dollara bərabər olub.
Yanvar-may aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 8,624 milyard dollar təşkil edib.
Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların ixracının payı 11,5 faizə bərabər olub.
Son 12 ay ərzində (iyun 2019 - iyun 2020) Türkiyə 19,2 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ