Mikayıl Cabbarov: Pandemiya Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir
Tarix: 30-06-2020, 16:51
Baxılıb: 4 771
Google+ Paylaş
Tumblr Paylaş

Mikayıl Cabbarov: Pandemiya Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir

30-06-2020, 16:51

Dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər və yaranmış yeni çağırışlar milli iqtisadiyyata təsirsiz ötüşməyib.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb.

Nazir qeyd edib ki, hazırda dövlət başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimuma endirmək üçün tədbirlər həyata keçirir. Həyata keçirilən proqramlar vasitəsilə dövlət biznesə yaranmış şəraitdən daha az itkilərlə çıxmağa kömək etməyə çalışır.

Nazir həmçinin deyib ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil.

Onun sözlərinə görə, istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: "Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir".

Nazir həmçinin əlavə edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: "Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ