"Mərkəzi Bankın devalvasiya qorxusu var" - AÇIQLAMA
Tarix: 25-04-2020, 14:56
Baxılıb: 1 800
Google+ Paylaş
Tumblr Paylaş

"Mərkəzi Bankın devalvasiya qorxusu var" - AÇIQLAMA

25-04-2020, 14:56

Əkrəm Həsənov: “Sahibkarlara verilən kredit vəsaitlərinin valyuta bazarına axma təhlükəsi var”
“Bu da manata təzyiqi artıracaq, valyuta ehtiyatlarının daha çox xərclənməsinə aparacaq”

Aprelin 27-dən etibarən bəzi qadağaların yumşaldılması, bir sıra müəssisə və xidmət sahələrinin fəaliyyətə başlaması nəzərdə tutulub. Bəs iqtisadi-sosial həyatda baş verəcək bu hərəkətlilik qismən də olsa bank sistemində də müəyyən bir canlanmaya səbəb ola bilərmi?
Bank-maliyyə sistemi üzrə mütəxəssis Əkrəm Həsənov belə bir canlanmanın gözlənilən olmadığını vurğulayıb:
“Böyük ehtimalla baş verənlər bank sistemində canlanmaya səbəb olmayacaq. Çünki kreditləşdirmənin ciddi canlanması gözlənilmir. Əsas səbəb Mərkəzi Bankın devalvasiya qorxusudur. Sahibkarlara verilen kredit vəsaitlərinin valyuta bazarına axma təhlükəsi var. Bu da manata təzyiqi artıracaq, valyuta ehtiyatlarının daha çox xərclənməsinə aparacaq. Bir sözlə, iqtisadiyyatımız “manatın məzənnəsini nəyin bahasına olursa-olsun, qoruyacağıq” şüarının girovuna çevrilib”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ