İndiyədək "Neft daşları"ndan 175 mln. tondan çox neft hasil edilib
Tarix: 21-05-2019, 12:18
Baxılıb: 168

İndiyədək "Neft daşları"ndan 175 mln. tondan çox neft hasil edilib

21-05-2019, 12:18

Bu günə qədər “Neft Daşları”nda yerləşən yataqlardan 175 mln. tondan çox neft və 13,551 mlrd. kubmetr təbii qaz hasil olunub.
Avromedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki səhifəsində qeyd edilib.
“Hazırda neftçilərimizin səyləri nəticəsində hasilat həcmi artırılmaqdadır”,- məlumatda bildirilib.
Qeyd edək ki, “Neft Daşları” 1949-cu ildən istismardadır. Həmin il noyabrın 7-də burada 1 saylı quyu istismara verilib. “Neft Daşları” dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar kitabına düşüb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ