Azərbaycan xarici investorlar üçün çox cəlbedici məkandır
Tarix: 7-02-2020, 09:35
Baxılıb: 1 153
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan xarici investorlar üçün çox cəlbedici məkandır

7-02-2020, 09:35


Azərbaycan bu gün dünya miqyasında həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından çox böyük hörmətə malik bir ölkədir.
Azərbaycan ictimai-siyasi və makroiqtisadi sabitliyi, eləcə də dayanıqlı inkişafı təmin olunmuş ölkə kimi tanınır. Ölkəmizdə davamlı islahatlar fonunda yaradılmış əlverişli biznes mühiti Azərbaycanı xarici investorlar üçün çox cəlbedici məkana çevirib. Bu özünü ötən ayın sonlarında Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində siyasi liderlər, iş adamları ilə keçirdiyi görüşlərdə bir daha göstərdi.

Prezident İlham Əliyev bu yaxınlarda Davos Forumu çərçivəsində iyirmidən çox görüş keçirib. Bütün bu görüşlər qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Bu, belə bir reallığın təsdiqidir ki, Azərbaycana beynəlxalq miqyasda böyük və rəğbət var. Ölkəmizdə iş görmək istəyən şirkətlərin sayı artır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirov AZƏRTAC-a müsahibəsində bu barədə danışarkən vurğulayıb ki, Prezident İlham Əliyev Davos Forumunda keçirdiyi görüşlərdə hər fürsətdən istifadə edərək ölkəmizi dünyaya təqdim edirdi. Yüksək texnologiyalara malik şirkətlərlə görüşlər, nəhəng şirkətlərin ölkəmizə gəlişi texnoloji transferin sürətlənməsi, investisiyaların çoxalması, yeni iş yerlərinin açılması və bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsi deməkdir. Transmilli şirkətlərlə əməkdaşlıq Azərbaycanın qlobal dəyər zəncirinə inteqrasiyasını sürətləndirir. Ölkə başçısının Davosda müxtəlif sektorlarda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər həmin şirkətlərlə əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bununla da Azərbaycanın iqtisadi inkişafı istiqamətində öz töhfəsini verəcək.

Bu baxımdan texnologiya sahəsində ixtisaslaşmış şirkətlərdən "Signify” və "CİSCO”nun rəhbərləri ilə keçirilmiş görüşləri xüsusi qeyd etmək olar. Belə ki, "Signify” şirkəti son üç ildə ardıcıl olaraq "Dow Jones Davamlılıq İndeksi”nin "Elektrik komponentləri və avadanlıqları" kateqoriyası üzrə birinci yerdə olan, işıqlandırma sahəsində innovativ, yüksəkkeyfiyyətli, enerjiyə qənaət edən işıqlandırma məhsulları, sistem və xidmətlər təqdim edən dünya lideridir. "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşdə ölkəmizə yeni texnologiyaların gətirilməsi ilə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantlarının tətbiqi müzakirə mövzusu olub. Yetmişdən çox ölkədə fəaliyyət göstərən şirkət indiyədək dünyada 53 milyon obyektin işıqlandırılmasını təmin edib. Orta hesabla bir ilə 6 milyard avro dəyərində xidmət satışını həyata keçirən belə bir şirkətin Azərbaycanı biznes hədəfi olaraq seçməsi ölkəmizin uğurudur.

Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi "CİSCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşdə isə prioritet istiqamətlər üzrə layihələrin reallaşdırılması barədə danışılıb. Qeyd olunub ki, bu şirkət üçün iqtisadiyyatı sürətlə rəqəmsallaşan Azərbaycanda çox böyük biznes potensialı mövcuddur. "CİSCO” Azərbaycanı regionda ən önəmli ölkə kimi qəbul edir.

Yaxud, texnoloji transfer baxımından "SUEZ Group” şirkətinin imkanlarına nəzər salaq. Şirkət kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində beş qitədə fəaliyyət göstərir və 160 illik təcrübəyə malikdir. Şirkətin baş icraçı direktoru Bertran Kamusla Prezident İlham Əliyevin görüşündə Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılıb. Şirkətlə əməkdaşlığın 2020-ci ildə də davam etdirilməsi qərara alınıb.

"SUEZ” real vaxt rejimində çalışan nəzarət sistemi, ağıllı sensorlar və sayğaclar, həmçinin elektroxlorlaşma həyata keçirən qurğular kimi bir sıra rəqəmsal və innovativ həllərin ölkəmizə transferini həyata keçirəcək. Bundan başqa, 2014-cü ildən etibarən şirkət tərəfindən mütəxəssislərə təlimlərin keçirilməsi və nou-hau xidmətinin göstərilməsi də həyata keçirilir və bu xidmətlərdən yararlanan mütəxəssislərin sayı 13 minə çatıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ