"Arsenal" və "Çelsi" BAKIDA
Tarix: 10-05-2019, 08:04
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

"Arsenal" və "Çelsi" BAKIDA

10-05-2019, 08:04

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

Avromedia.az xəbər verir ki, keçirilən iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşib.


“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olub. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular"  cavab qarşılaşmasında da qalib gəlib - 4:2. Bununla da London klubu finala yüksəlib.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə qeydə alınan  1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırıb.

Əsas vaxt 1:1 başa çatıb, əlavə vaxtda isə hesab açılmayıb. Penaltilərdə Çelsi 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ