"Qarabağ" son anda məğlubiyyətdən xilas oldu-Yenilənib
Tarix: 13-12-2019, 00:00
Baxılıb: 1 168
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ" son anda məğlubiyyətdən xilas oldu-Yenilənib

13-12-2019, 00:00

“Qarabağ” və Lüksemburq “Düdelanj” komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin VI tur oyunu üçün start heyətləri açıqlanıb.
Axar.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:
“Qarabağ”: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov
“Düdelanj”: 1.Conatan Juber (k), 4. Kobe Kols 5.Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antoine Bernye, 27. Adel Bettaybe, 28. Şarl Morren 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.
***
Bakı vaxtı ilə saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Düdelanj" matçı start götürüb.
***
"Qarabağ" matçın 46-cı dəqiqəsində azlıqda qaldı. Belə ki, Qara Qarayev görüşdə 2-ci sarı vərəqəni almaqla komandasını azlıqda qoydu.
***
"Düdelanj" matçın 62-ci dəqiqəsində Bouqrinenin qolu ilə hesabı açdı: 0-1.
***
"Qarabağ" Qeyenin matçın 91-ci dəqiqəsində vurduğu qolla məğlubiyyətdən xilas oldu. Matç 1-1 hesabı ilə yekunlaşdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ