Qurbanov etiraf etdi: Psixoloji gərginlik var
Tarix: 2-12-2019, 23:46
Baxılıb: 988
Google+ Paylaş
Tumblr Paylaş

Qurbanov etiraf etdi: Psixoloji gərginlik var

2-12-2019, 23:46

Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu.
Report xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: "Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.
- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?
- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.
- Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?
- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ