“Əl çəkin yaxamdan! Milyon verib...” – MİLLİDƏ GƏRGİNLİK
Tarix: 25-11-2019, 13:42
Baxılıb: 1 853
Google+ Paylaş
Tumblr Paylaş

“Əl çəkin yaxamdan! Milyon verib...” – MİLLİDƏ GƏRGİNLİK

25-11-2019, 13:42

Millinin Slovakiya ilə səfər oyununda Dmitri Nazarov forma geyinmədi. Nikola Yurçeviçin sevimli futbolçusu kimi bilinən yarımmüdafiəçinin meydana çıxmaması təsadüfi deyilmiş. Bu, nə onun zədəli olması, nə də baş məşqçinin taktiki seçimi ilə əlaqədardır.
Avromedia.az xəbər verir ki, Nazarov Yurçeviçin AFFA rəsmiləri ilə məsləhətləşərək müəyyənləşdirdiyi start "11-liy"ində yer alıb. Lakin o, oyundan 3 saat öncə baş məşqçi ilə danışaraq, meydana çıxmayacağını bildirib. Dmitri Uelslə qarşılaşmada çox yorulduğunu və yalnız Almaniyanın II Bundesliqasının XIII turu çərçivəsində "Sankt Pauli" ilə keçirəcəkləri oyunu düşündüyünü söyləyib. Xorvatiyalı çalışdırıcı həmin görüşün onun üçün daha vacib olduğunu qeyd edən futbolçunu fikrindən daşındırmağı bacarmayıb. Daha sonra federasiya nümayəndələri və komandanın bəzi üzvləri Nazarovla fərdi söhbət edib. O, yenə sözündə qalıb, hətta daha kəskin ifadələr işlədib: "Mən yorulmuşam, bu dəfə oynamaq istəmirəm. Əl çəkin, yaxamdan! Milyon verib Renat Dadaşovu gətiriblər, qoy, indi o oynasın. Slovakiya ilə oyun mənə lazım deyil".
Bu, Nazarovun millidə səbəbkar olduğu artıq neçənci ciddi insidentdir. Daha öncə Millətlər Liqasında qazanılan 9 xala görə AFFA-dan mükafat tələb edən yarımmüdafiəçi Uelslə Bakıdakı oyundan sonra (0:2) paltardəyişmə otağında aranı bir-birinə qatıb. Məğlubiyyətdən pərişan olan Ramil Şeydayev komanda yoldaşlarına irad tutub ki, işiniz-gücünüz oyundan sonra forma dəyişdirdirməkdir, futbol oynamaq yox. Nazarov Ramilin üzərinə yeriyib. Almeyda da ona qahmar çıxıb. Digər futbolçular araya girib tərəfləri birtəhər sakitləşdiriblər. Qətiyyətsiz, sözünün kəsəri olmayan Yurçeviç isə gözü önündə baş verən hadisəni sadəcə, müşahidə edib. (sportinfo.az)
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ