Ronaldu “Yuventus”un oyunçularını şam yeməyinə dəvət edib, onlardan üzr istədi
Tarix: 18-11-2019, 22:32
Baxılıb: 483
Google+ Paylaş
Tumblr Paylaş

Ronaldu “Yuventus”un oyunçularını şam yeməyinə dəvət edib, onlardan üzr istədi

18-11-2019, 22:32

“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu A Seriyasında “Milan”la matçda yaşananlara görə üzrxahlıq etmək üçün öz komanda yoldaşlarını şam yeməyinə dəvət edib.
“La Repubblica”nın məlumatına görə, o, “Atlanta” ilə oyun öncəsi komanda yoldaşlarından şəxsən üzr istəmək qərarına gəlib.
Xatırladaq ki, İtaliya çempionatının 12-ci turunda “Milan”la qarşılaşmada əvəzlənən Ronaldu buna etiraz olaraq oyun bitməmiş dərhal stadionu tərk edərək soyunub-geyinmə otağına yollanmışdı. İtaliyada onun bu hərəkəti mütəxəssislər tərəfindən xoş qarşılanmayıb.
Bundan sonra komanda yoldaşları Ronaldudan üzr istəməsini tələb ediblər.
Qeyd edək ki, həmin matçda Ronaldunu əvəzləyən Dibala qol vurub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ