Kişi akrobatlarımız Avropa çempionu olub
Tarix: 4-11-2019, 10:29
Baxılıb: 1 127
Google+ Paylaş
Tumblr Paylaş

Kişi akrobatlarımız Avropa çempionu olub

4-11-2019, 10:29

İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə XXIX Avropa çempionatı başa çatıb.
Avromedia.az xəbər verir ki, yarışların son günü təmsilçilərimiz Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq Avropa çempionatının gənclər yaş qrupunda qızıl medalını qazanmağa nail olub. 
Kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.260 xalla Avropa çempionu adına layiq görülüb.
Bununla da gimnastlar tam bir medal dəstini əldə edib. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıb.
Daha bir medalı böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görülüb. Son Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günü balans hərəkətlərinə görə bürünc medal qazanıblar, çoxnövçülükdə isə onlar beşinci olublar.
Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkbərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28.550 xal alan gimnastlarımız dördüncü yerdə qərarlaşıb. Çöxnövçülükdə onlar beşinci, temp hərəkətlərinin finalında isə altıncı olub.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ