Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi
Tarix: 1-11-2019, 23:35
Baxılıb: 474
Google+ Paylaş
Tumblr Paylaş

Teymur Rəcəbov Dünya Kubokunu qazanıb reytinqdə irəlilədi

1-11-2019, 23:35

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.  
Avromedia.az xəbər verir ki, kişi şahmatçılarımız 100 qrossmeysterin yer aldığı reytinqdə irəliləyib.  
Şəhriyar Məmmədyarov 2772 xalla 8-ci sıradadır. Dünya Kubokunu qazanmış Teymur Rəcəbov isə 15-ci yerdən 9-cu pilləyə yüksəlib. Teymuru Şəhriyardan beş xallıq fərq ayırır.  
100-lükdə digər iki şahmatçımız Qədir Hüseynovla Nicat Abbasovdur. Qədir (2660) 83-cü, “Grand Swiss” turnirində yaxşı çıxış etmiş Nicat Abbasov (2655) isə 100-lüyə daxil olaraq 93-cü olub.  
Qadınlardan da dörd şahmatçı Top-100-də yer alıb.  
Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır.  
Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) isə 99-cu pillədədir.  
Gənc oğlanlarda Azərbaycandan yalnız Vüqar Əsədli var. 18 yaşlı şahmatçımız 2513 xalla 64-cüdür.  
19 yaşlı Günay Məmmədzadə və 18 yaşlı Xanım Balacayeva həm də gənclərin reytinqində yer alır. Günay 2427 xalla 4-cü, Xanım 2368 xalla 14-cü yerdədir.  
Bundan başqa, Nərmin Məmmədova (2282) 43-cü, Gövhər Beydullayeva (2276) 47-ci və Aydan Höccətova (2238) 72-cidir.  
Səbuhi Musayev скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ