Bu gün "Dünya Cüdo Günüdür"
Tarix: 28-10-2019, 20:12
Baxılıb: 248
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün "Dünya Cüdo Günüdür"

28-10-2019, 20:12

Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini “Dünya Cüdo Günü” kimi qeyd edir. Məhz cüdonun banisi Ciqoro Kano(1860-1938) oktyabrın 28-də anadan olduğu üçün bu tarix Сüdo günü kimi qeyd olunur.
Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir. Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın cüdo üzrə ilk dünya çempionu kimi tarixə düşüb. 2016-cı ildə ilk dəfə olaraq iki cüdoçumuz - Rüstəm Orucov və Elmar Qasımov Olimpiya Oyunlarının finalına çıxıblar. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Oyunlarında parlaq qələbələr qazanıblar. Hal-hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. Son illərdə cüdoçularımız Olimpiya Oyunları, Avropa çempionatı , "Böyük Dəbilqə", "World Masters" və "Qran-Pri" kimi nüfuzlu yarışlarda uğurla çıxış edərək medallar qazanıblar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ