Radamel Falkao ilə bağlı şok iddia
Tarix: 28-10-2019, 18:15
Baxılıb: 749
Google+ Paylaş
Tumblr Paylaş

Radamel Falkao ilə bağlı şok iddia

28-10-2019, 18:15

"Qalatasaray"a gəldiyi gündən cəmi 5 oyunda forma geyinən və bir qol vuran Radamel Falkao ilə bağlı müzakirələr davam edir. Sonucu dəfə oktyabrın 1-də PSJ ilə Çempionlar Liqası matçında meydana çıxan kolumbiyalı ulduzun zədəli olduğu deyilsə də, onunla bağlı müxtəlif xəbərlər yayılır.

Daha bir iddia ilə "Beşiktaş" matçından sonra keçmiş, hazırda şərhçilik edən Erman Toroğlu çıxış edib. Onun sözlərinə görə, Fatih Terim Falkaonun alınmasını istəməyib:

"Fatih Terim onun alınmasını əsla istəməyib. Amma rəhbərlik azarkeşlərin təzyiqi səbəbindən bu transferi gerçəkləşdirdi. "Qalatasaray"dakı böhrana görə Fatih Terim və Mustafa Cengiz məsuliyyət daşıyır".

Bu arada Fatih Terim yanvarda komandada ciddi dəyişikliklərin olacağını bildirib: "Dəyişməsi lazım olanları dəyişəcəyik. Bunu hər kəs üçün deyirəm. "Qalatasaray"lılar olaraq bu qədər müddət belə oynamağa alışmamışıq. Bəzilərinə son şanslarını verdik. Yanvara qədər təbii ki, bizimlə olacaqlar. Bundan sonra hər kəs oynayacaq. Bizim istədiyimiz şəkildə oynayacaqlar".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ