"Azərbaycan çempionatında çox şey dəyişib" - Riçard Qadze
Tarix: 26-10-2019, 23:47
Baxılıb: 274
Google+ Paylaş
Tumblr Paylaş

"Azərbaycan çempionatında çox şey dəyişib" - Riçard Qadze

26-10-2019, 23:47

 Avromedia.az qol.az-a istinadən xəbər verir ki, bir mövsümlük fasilədən sonra "Zirə"yə dönən Riçard Qadze Azərbaycan Premyer Liqasının 9-cu turunda "Sabah"la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün hər iki qolun ötürməsini verdiniz. Çıxışınızı necə qiymətləndirirsiniz?
- Əvvəlcə komanda, sonra fərdi nailiyyətlər gəlir. Öz evimə qayıtmışam, uzun müddətdir bu anı gözləyirdim. Özümün və komandanın performansından məmnunam.
- Sizin Azərbaycanda olmadığınız müddətdə Premyer Liqada nələr dəyişib?
- Dəyişən şeylər çoxdur. Yerində qalan nəsə yoxdur. Öz komandamla fəxr edirım.
- Baş məşqçi fiziki cəhətdən tam hazır olmadığınızı deyirdi. Amma bu gün yaxşı oynadınız və iki məhsuldar ötürmə verdiniz. Bu, hələ sizin ideal formanız deyil?
- Baş məşqçimiz sözlərində haqlı idi. Çünki 3 aydır futboldan kənar idim, 2 həftədir komanda ilə məşq edirəm. Çıxışım insanın məqsədləri ilə bağlıdır. Belə olan halda nə istədiyini bilirsən. Baş məşqçinin etimadını da yüksək qitmətləndirirəm. Bu, bizim aramızda olan hörmətdən irəli gəlir.
- Rumıniyanın "Voluntari" klubundan niyə ayrıldınız? Deyilənə görə, orada legionerlərə münasibət yaxşı olmayıb.
- Bu, təkcə oynamaqla bağlı problemlər deyildi. Həmçinin viza ilə bağlı sıxıntı vardı. Biz qarşılıqlı anlaşma ilə müqaviləyə xitam verdik.
- Rumıniya çempionatı bizi çox qabaqlayır?
- Elə də çox böyük fərq yoxdur. Sadəcə olaraq, kəskin fərq komandaların sayındadır.
- "Sabah"a keçmək variantınız vardı.
- Bəli, danışıqlar gedirdi, ancaq birdən dayandı. Heç bir rəsmiyyət yox idi, belə alındı
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ