Zinəddin Zidan Pol Poqbanı “Real”a gətirmək istəyir
Tarix: 18-10-2019, 10:29
Baxılıb: 1 789
Google+ Paylaş
Tumblr Paylaş

Zinəddin Zidan Pol Poqbanı “Real”a gətirmək istəyir

18-10-2019, 10:29

İspaniyanın "Real” klubunun baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba ilə görüşüb.

Avromedia.az-ın məlumatına görə, təcrübəli mütəxəssislə İngiltərənin "Mançester Yunayted” klubunun futbolçusu arasında görüş milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə baş tutub.

Z.Zidanla P.Poqba BƏƏ-nin Dubay şəhərində keçirilən "İdmanda süni intellekt” konfransında görüşüblər. Bu, futbolçunun "Real”a keçmək ehtimalını daha da artırıb.

Baş məşqçi hələ ötən yay P.Poqbanın "Real”a keçməsini istəyirdi. Futbolçunun özü də bu keçidin lehinə olsa da, transfer baş tutmamışdı.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ