II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb
Tarix: 18-10-2019, 10:17
Baxılıb: 1 803
Google+ Paylaş
Tumblr Paylaş

II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb

18-10-2019, 10:17

Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının ən yaxşı idmançıları müəyyənləşib.

Avromedia.az-ın məlumatına görə, onların adları Qətərin paytaxtı Dohada təşkil olunan Milli Olimpiya Komitələri Assosiasiyasının XXVI Baş Assambleyasında açıqlanıb.

Qitə miqyaslı multiidman yarışının ən yaxşı qadın idmançısı adına 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan rusiyalı gimnast Dina Averina layiq görülüb. Ən yaxşı kişi idmançısı mükafatı isə Minsk-2019-un ikiqat qalibi və üçüncüsü olan italiyalı oxatan Mauro Nespoliyə verilib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-28-də keçirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ