Millimizin matçında ikinci qol vuruldu - Canlı
Tarix: 9-10-2019, 21:12
Baxılıb: 1 112
Google+ Paylaş
Tumblr Paylaş

Millimizin matçında ikinci qol vuruldu - Canlı

9-10-2019, 21:12

Bakı vaxtı ilə saat 20:30-da futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununa start veriləcək.
Avromedia.az xəbər verir ki, Bəhreyn Milli Stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.
Millimizin start heyətində Emil Balayev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev, Ağabala Ramazanov və Rüfət Dadaşov yer alıblar.
Bəhreyn yığmasının ilk on birliyində meydana Sayed Mohamed Jafar, Valeed Mohamed, Ahmed Mubarak, Mohamed Yusuf, Ali Jafar, Abdulvahab A.Rahman, İsmaeel Abdullatif, Abdulla Khaled, Mohamed Adel, Mahdi Faisal və Mohamed Abdulvahab çıxacaqlar.
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.
***
Millimizin matçı başladı.
***
Bəhreyn millisi Malodun matçın 31-ci dəqiqədə vurduğu qolla hesabda irəli çıxdı, bundan 10 dəqiqə sonra R.Dadaşov bərabərlik qoluna imza atdı: 1-1.
Canlı yayımı BURADAN izləyə bilərsiniz.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ