A seriyasında rekord – 6 milyon avro...
Tarix: 8-10-2019, 21:42
Baxılıb: 1 031
Google+ Paylaş
Tumblr Paylaş

A seriyasında rekord – 6 milyon avro...

8-10-2019, 21:42

İtaliya A seriyasında yeni rekord qeydə alınıb.
Avromedia.az qol.az-a istinadən xəbər verir ki, çempionatın 7-ci turunda "Cüzeppe Meatsa"da keçirilən "Yuventus "- "İnter" oyunundan qazanılan tribuna gəlirləri açıqlanıb. 76 min azarkeşin stadiondan izlədiyi matçda əldə edilən məbləğ isə 6 milyon 620 min 976 avro olub. Bu, İtaliya futbolu üçün rekord göstərici sayılır. Daha öncəki rekord 5 milyon 700 min avroyla "Milan" - "İnter" derbisində qeydə alınmışdı.
Qeyd edək ki, "Yuventus" - "İnter" qarşılaşmasında Turin klubu 2:1 hesabı ilə qalib gəlmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ