Avropa Liqası: "Beşiktaş" evdə "Qarabağ" səfərdə oynayacaq - AFİŞA
Tarix: 3-10-2019, 08:38
Baxılıb: 1 032
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Liqası: "Beşiktaş" evdə "Qarabağ" səfərdə oynayacaq - AFİŞA

3-10-2019, 08:38

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. 
Avromedia.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda "Düdelanj"la üz-üzə gələcək. A qrupunun digər matçında İspaniya "Sevilya"sı Kipr APOEL-ini qəbul edəcək. 
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu Ukraynada Belçika "Gent"i ilə qarşılaşacaq. 
Türkiyənin hər üç təmsilçisi qrupdakı ikinci oyunlarını evdə keçirəcək. "Beşiktaş" İngiltərə "Vulverhempton"unun, "Trabzonspor" İsveçrə "Bazel"inin, "Başakşehir" isə Almaniyanın Mönhenqladbax şəhərini təmsil edən "Borussiya"nın müqavimətini qırmağa çalışacaq. 
A qrupu
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr)
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)
Xal durumu: "Düdelanj" - 3, "Sevilya" - 3, APOEL - 0, "Qarabağ" - 0.

B qrupu
23:00. "Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)
23:00. "Luqano" (İsveçrə) - "Dinamo" (Kiyev, Ukrayna)
Xal durumu: "Kopenhagen" - 3, "Dinamo" - 3, "Luqano" - 0, "Malmö" - 0

C qrupu
23:00. "Krasnodar" (Rusiya) - "Xetafe" (İspaniya)
23:00. "Trabzonspor" (Türkiyə) - "Bazel" (İsveçrə)
Xal durumu: "Bazel" - 3, "Xetafe" - 3, "Trabzonspor" - 0, "Krasnodar" - 0.

D qrupu
23:00. "Sportinq" (Portuqaliya) - LASK (Avstriya)
23:00. "Rusenborq" (Norveç) - PSV (Hollandiya)
Xal durumu: LASK - 3, PSV - 3, "Rusenborq" - 0, "Sportinq" - 0

E qrupu
23:00. "Latsio" (İtaliya) - "Renn" (Fransa)
23:00. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya)
Xal durumu: ÇFR - 3, "Seltik" - 1, "Renn" - 1, "Latsio" - 0.

F qrupu
23:00. "Arsenal" (İngiltərə) - "Standard" (Belçika)
23:00. "Vitoriya" (Portuqaliya) - "Ayntraxt" (Almaniya)
Xal durumu: Arsenal - 3, "Standard" - 3, "Ayntraxt" - 0, "Vitoriya" - 0.

G qrupu
20:55. "Yanq Boyz" (İsveçrə) - "Reyncers" (Şotlandiya)
20:55. "Feyenoord" (Hollandiya) - "Portu" (Portuqaliya)
Xal durumu: "Portu" - 3, "Reyncers" - 3, "Yanq Boyz" - 0, "Feyenoord" - 0.

H qrupu
20:55. MOİK (Rusiya) - "Espanyol" (İspaniya)
20:55. "Ferentsvaroş" (Macarıstan) - "Lüdoqorets" (Bolqarıstan)
Xal durumu: "Lüdoqorets" - 3, "Ferentsvaroş" - 1, "Espanyol" - 1, MOİK - 0.

I qrupu
20:55. "Sent-Etyen" (Fransa) - "Volfsburq" (Almaniya)
20:55. "Aleksandriya" (Ukrayna) - "Gent" (Belçika)
Xal durumu: "Gent" - 3, "Volfsburq" - 3. "Sent-Etyen" - 0. "Aleksandriya" - 0.

J qrupu
20:55. "Başakşehir" (Türkiyə) - "Borussiya" (Mönxenqladbax, Almaniya)
20:55. "Volfsberq" (Avstriya) - "Roma" (İtaliya)
Xal durumu: Roma - 3, "Volfsberq" - 3, "İstanbul Başakşehir" - 0, "Borussiya" - 0.

K qrupu
20:55. "Beşiktaş" (Türkiyə) - "Vulverhempton" (İngiltərə)
20:55. "Braqa" (Portuqaliya) - "Slovan" (Bratislava, Slovakiya)
Xal durumu: "Braqa" - 3, "Slovan" - 3, "Beşiktaş" - 0, "Vulverhempton" - 0.

L qrupu
18:50. "Astana" (Qazaxıstan) - "Partizan" (Serbiya)
20:55. AZ (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 3, AZ - 1, "Partizan" - 1, "Astana" - 0. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ