Qurbanovdan Lüksemburqda açıqlama: Ən yaxşısını...
Tarix: 2-10-2019, 22:25
Baxılıb: 1 053
Google+ Paylaş
Tumblr Paylaş

Qurbanovdan Lüksemburqda açıqlama: Ən yaxşısını...

2-10-2019, 22:25

Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib.
Report-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: "Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq".
Qurbanov sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: "Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq".
Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ