Lüksemburqdakı oyuna “Qarabağ” üçün uğurlu hakim təyin olundu
Tarix: 30-09-2019, 15:07
Baxılıb: 1 726
Google+ Paylaş
Tumblr Paylaş

Lüksemburqdakı oyuna “Qarabağ” üçün uğurlu hakim təyin olundu

30-09-2019, 15:07

UEFA Avropa Liqasının “F91 Düdelanj” – “Qarabağ” görüşünü şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Avromedia.az xəbər verir ki, bu görüşə Con Biton təyin olunub.
Ona Daniel Makfarleyn və Duqlas Poter laynsman kimi, Donald Robertson isə dördüncü hakim kimi kömək edəcək. Biton Azərbaycana tanış hakimdir. O, üç dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edib. Bunların arasında “Qarabağ”ın oyunu da var.
Con Biton ilk dəfə 2014-cü ilin noyabrın 10-da 19 yaşadək futbolçuların seçmə mərhələ oyununda komandamızın oyununda idarəçiliklə yadda qalıb. Həmin vaxt U-19 millimiz Macarıstanla səfərdə 1:1 oynamışdı. Bu matçın əlavə olunmuş dəqiqəsində Biton meydan sahiblərini azlıqda qoymuşdu.
2016-cı ilin martın 11-dəki PAOK – “Qarabağ” matçında da təmsilçimiz Saloniki səfərindən məğlub ayrılmayıb. Ağdam klubu 69-cu dəqiqədə ispaniyalı futbolçusu Miçelin vurduğu qolla qalib gəlib. Həmçinin onu da bildirək ki, Yunanıstan səfərində Maksim Medvedev Stefanos Atanasiadislə mübahisə etdiyi üçün 4-cü dəqiqədə sarı vərəqə alıb.
Onun təmsilçilərimizlə bağlı sonuncu görüşü isə Bakıda olub. Bu ilin iyunun 11-də “Bakcell Arena”da Slovakiya Azərbaycan millisini 5:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, “Qarabağ” – “F91 Düdelanj” görüşü oktyabrın 3-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ