Cüdoçularımız Avropa açıq kubokunda 4 medal qazanıblar
Tarix: 30-09-2019, 17:50
Baxılıb: 1 136
Google+ Paylaş
Tumblr Paylaş

Cüdoçularımız Avropa açıq kubokunda 4 medal qazanıblar

30-09-2019, 17:50

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.
Avromedia.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Kişilər arasında 100 kiloqramdan çox çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kiloqram) Avropa kubokunun bürünc medalına sahib olub. Beləliklə, milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar.
Xatırladaq ki, turnirin ilk günü Aleksandra-Larisa Florian (57 kiloqram) və Rəşad Yelkiyev (60 kiloqram) 3-cü yeri tutublar. Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ