Azərbaycanın yeddi klubu 800 manat cərimələndi
Tarix: 17-09-2019, 13:45
Baxılıb: 551
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

17-09-2019, 13:45

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının IV turunda baş verən hadisələr müzakirə olunub.
Avromedia.az xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər iki komandanın bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə klublar 800 manat cərimə olunub.
“Sabah” – “Qəbələ” və “Keşlə” – “Səbail” görüşlərində bütün komandaların dörd futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün bu dörd klub 800 manat cərimə ödəyəcək.
“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.
Qeyd edək ki, bu, “Qarabağ”ın ikinci belə cəzasıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ