"Qəbələ" ilk qələbəsini qazandı
Tarix: 14-09-2019, 23:54
Baxılıb: 1 038
Google+ Paylaş
Tumblr Paylaş

"Qəbələ" ilk qələbəsini qazandı

14-09-2019, 23:54

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tur start götürüb.
Avromedia.az xəbər verir ki, turun açılış matçında "Sumqayıt" evdə "Zirə"ni qəbul edib.
Hesabı 5-ci dəqiqədə Xulio Sezar Rodriges açıb. 16-cı dəqiqədə isə "Zirə"nin daha bir futbolçusu Tellur Mütəllimov topu öz qapısına göndərib. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Şefik Tiqruca qoyub.
Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib.
***
Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Sabah" klubu turnir cədvəlinin autsayderi "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Elmar Baxşiyevin "qırmızı qaralar"ın baş məşqçisi kimi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci dəqiqədə vurduğu qol həll edib.
Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra ilk qələbəsini qazanan "Qəbələ" 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan "Sabah" isə sonuncu - səkkizinci yerə enib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ