Azərbaycan yığması ikinci ev oyununa çıxacaq
Tarix: 10-09-2019, 09:06
Baxılıb: 1 031

Azərbaycan yığması ikinci ev oyununa çıxacaq

10-09-2019, 09:06

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
Avromedia.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu komanda AVRO-2021-in seçmə mərhələsində 3-cü sınağına çıxacaq.
Yığma evdə Gürcüstanı qəbul edəcək. Sonuncular Bakıya qrup lideri kimi gəliblər.
Millimiz isə Lixtenşteynə uduzduqdan (0:1) sonra Slovakiya üzərində qazanılan qələbənin (2:1) ardını gətirməyə çalışacaq. “Dalğa Arena”dakı görüş komandanın ikinci ev oyunudur. M.Obradoviçin yetirmələri doğma divarlar arasında növbəti qələbəsinə kökləniblər.
Qeyd edək ki, qrupumuzun bu gün baş tutacaq digər matçında Lixtenşteyn İsveçrəni qəbul edəcək.
AVRO-2021-in seçmə mərhələsi
10 sentyabr
20:30. Azərbaycan - Gürcüstan
Baş hakim: Lauren Kopriva
Baş hakimin köməkçiləri: Klod Ries, David Mateus Santos
Dördüncü hakim: Aleks Krueger
(hamısı Lüksemburq)
Bakı. “Dalğa Arena” stadionu
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ