AVRO-2020: Bu gün Şimali İrlandiya Almaniyanı, Polşa Avstriyanı qəbul edəcək
Tarix: 9-09-2019, 08:39
Baxılıb: 1 168

AVRO-2020: Bu gün Şimali İrlandiya Almaniyanı, Polşa Avstriyanı qəbul edəcək

9-09-2019, 08:39

Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçiriləcək.
Avromedia.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç nəzərdə tutulub. Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olacaq. 4 oyundan sonra britaniyalılar 12 xalla 1-ci, Bundestim isə 9 xalla 2-ci pillədə qərarlaşıb. Almaniya yenə uduzsa, Hollandiya Estoniya üzərində səfər qələbəsi qazanaraq, 2-ci pilləni ələ keçirə bilər.
E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edəcək. Dünya vitse-çempionları isə qrupda xalsız yeganə komanda olan Azərbaycanın qonağı olacaq.
G qrupunun mərkəzi görüşü Polşa və Avstriya yığmaları arasında keçiriləcəksə, I qrupunun lideri Belçika Şotlandiyanın qonağı olacaq.
AVRO-2020
Seçmə mərhələ, VI tur
9 sentyabr
C qrupu
22:45. Şimali İrlandiya - Almaniya
22:45. Estoniya - Hollandiya
Xal durumu: Şimali İrlandiya - 12 xal (4 oyuna), Almaniya - 9 (4), Hollandiya - 6 (3), Belarus - 3 (5), Estoniya - 0 (4).
E qrupu
20:00. Azərbaycan - Xorvatiya
22:45. Macarıstan - Slovakiya
Xal durumu: Macarıstan - 9 xal (4 oyuna), Xorvatiya - 9 (4), Uels - 6 (4), Slovakiya - 6 (4), Azərbaycan - 0 (4).
G qrupu
22:45. Sloveniya - İsrail
22:45. Polşa - Avstriya
22:45. Latviya - Şimali Makedoniya
Xal durumu: Polşa - 12 xal (5 oyuna), Avstriya - 9 (5), Sloveniya - 8 (5), İsrail - 8 (5), Şimali Makedoniya - 5 (5), Latviya - 0 (5).
I qrupu
22:45. Şotlandiya - Belçika
22:45. San Marino - Kipr
22:45. Rusiya - Qazaxıstan
Xal durumu: Belçika - 15 xal (5 oyuna), Rusiya - 12 (5), Qazaxıstan - 7 (5), Şotlandiya - 6 (5), Kipr - 4 (5), San Marino - 0 (5).Report
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ