Platini yenidən futbola qayıdır
Tarix: 7-09-2019, 12:52
Baxılıb: 1 129

Platini yenidən futbola qayıdır

7-09-2019, 12:52

UEFA-nın sabiq prezidenti Mişel Platini yenidən futbola qayıtmaq niyyətindədir.
Report xəbər verir ki, bu barədə 64 yaşlı fransalı funksionerin özü məlumat verib.
"Harada və necə olduğunu bilmirəm, amma futbola qayıdacağam. Bu axmaq cəzaya dayana bilmirəm. FİFA və İsveçrə prokurorluğunun adamlarının iştirak etdiyi bir planının qurbanı oldum. Ancaq bunun İsveçrə səlahiyyətliləri tərəfindən olduğunu demirəm. Bütün həqiqətlərin yer alacağı kitab yazmaq istəyirəm", - deyə Platini vurğulayıb.
Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Bu ilin oktyabrında onun cəzası başa çatır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ