AVRO-2020-nin - AFİŞASI
Tarix: 7-09-2019, 08:44
Baxılıb: 1 632

AVRO-2020-nin - AFİŞASI

7-09-2019, 08:44

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində V turun oyunlarına yekun vurulacaq.
Avromedia.az-ın məlumatına görə, son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qrupunda 2, H qrupunda isə 3 matç keçiriləcək.
Türkiyə H qrupunda Andorra ilə üz-üzə gələcək. Bu qrupun digər komandası son dünya çempionu Fransa Albaniyanı qəbul edəcək. Digər görüşdə isə İslandiya və Moldova yığmaları qarşılaşacaq.
A qrupunun liderlərindən İngiltərə Bolqarıstanı qəbul edəcək, Çexiya isə səfərdə Kosovonun müqavimətini qırmağa çalışacaq.
Nəhayət B qrupunda Litva - Ukrayna və Serbiya - Portuqaliya görüşləri baş tutacaq.
AVRO-2020, seçmə mərhələ
V tur
A qrupu
17:00. Kosovo - Çexiya
20:00. İngiltərə - Bolqarıstan
Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 6 (3), Kosovo – 5 (3), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (4).
B qrupu
20:00. Litva - Ukrayna
22:45. Serbiya - Portuqaliya
Xal durumu: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya - 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3)
H qrupu
20:00. İslandiya - Moldova
22:45. Fransa - Albaniya
22:45. Türkiyə - Andorra
Xal durumu: Fransa - 9, Türkiyə - 9, İslandiya – 9, Albaniya – 6, Moldova – 3, Andorra – 0.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ